Artıq Azərbaycanda avtomobillərin yeni qaydalara əsasən icbari sığortasına başlanıb. Bu sığortanı həyata keçirmək üçün 10-a yaxın sığorta şirkətinə lisenziya da verilib.
Yeni qaydaları Maliyyə Nazirliyi müəyyənləşdirib. Nazirliyin Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, avtomobilini icbari sığortalamaq sürücüyə ötən illərdə olduğu kimi 10 manata deyil, azı 50 manata başa gələcək. Bu məbləğ maşının mühərrikinin həcmindən asılı olaraq 250 manatadək arta bilər.
Avtobus və mikroavtobuslar üçün icbari sığortanın məbləği sərnişin yerlərinin sayından, yük avtomobillərində isə yükgötürmə qabiliyyətindən asılı olaraq dəyişir.
SIĞORTANIN MƏBLƏĞİ 55 MİN MANAT OLUB
İcbari sığorta üçüncü şəxsin sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzinin ödənilməsidir. Başqa sözlə, icbari sığortası olan sürücü qəza törədibsə sığorta şirkəti ona və ya əmlakına dəyən zərəri deyil, həmin sürücünün qarşı tərəfə vurduğu zərəri həmin tərəfə ödəyir.
Qaydalarda daha bir yenilik odur ki, ödəniləcək sığortanın məbləği də artıb, illik 55 min manat olub. Yəni il ərzində başqasının sağlamlığına və əmlakına vurduğun hər bir zərərə görə sığorta şirkəti maksimum 5 min manat ödəyəcək.
Mütəxəssislər və sürücülər icbari sığortanın müsbət tərəflərini təqdir etsələr də, yeni qaydalarda onları narazı salan məqamlar var.
«NƏYƏ GÖRƏ MÜHƏRRİKİN HƏCMİ?»
«Başa düşə bilmirəm ki, nəyə görə sığortanın qiymətini mühərrikin həcminə görə müəyyən edirlər. Əgər mənim maşınım təzədirsə, texniki baxımdan yaxşı vəziyyətdədirsə, demək mənim həmin maşınla qəza törətmək riskim də daha aşağıdır.
Bir də ki sığorta şirkətlərinə adamın inanmağı da gəlmir. Maşına sığortalatdıranda min cür dil töküb pulu alırlar, qəza törədəndə isə gəlirlər hadisə yerinə, min bəhanə gətirirlər, qalırsan məhkəmə yolunda, sonra da verdikləri məbləğ heç ziyanı ödəmir də».
İsmayıl Nəsirov sürücüdür. Deyir, bundan öncə hər il 10 manat sığorta haqqı ödəsə də, qəza zamanı sığorta şirkətinə heç vaxt müraciət etməyib. Çünki dediyinə görə, tələb olunan sənədləri yığmaq özü bir problem imiş.
Amma söhbət etdiyimiz sığorta şirkətləri artıq belə bir problemin olmadığını, sadəcə sürücünün şəxsiyyət vəsiqəsi ilə maşının texniki vəsiqəsinin kifayət etdiyini deyirlər. O ki qaldı məbləğin maşının mühərrik həcminə görə təyin olunmasına, «Alfasığorta» şirkətinin əməkdaşı Elçin Süleymanov deyir:
«Avtomobilin sürət yığma tezliyi var. Mühərrikin həcmi nə qədər böyük olsa, bir o qədər sürətlə hərəkət edə bilir. Sığorta hadisəsi baş verəndə zərər vurula bilən məbləğin daha çox olması ehtimalı mühərriki böyük olan avtomobillərin üzərinə düşür.
Aparılmış statistik hesablamalar da onu göstərib ki, məsələn, mühərrikinin gücü 1,6 olan maşının vurduğu ziyan mühərriki 4 həcmində olan maşının vurduğu ziyandan tam fərqlidir. Ona görə də sığorta haqqı mühərriki iri həcmli maşınlarda daha bahadır».
«MAŞIN NƏ QƏDƏR KÖHNƏ OLARSA...»
Ekspertlər isə bu cür əsaslandırma ilə razılaşmırlar. Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova görə, maşının mühərrikinin həcmi böyükdürsə, bu yalnız ətraf mühitə daha çox ziyan vurur, bu isə sığorta hadisəsi deyil:
«Heç kim əsaslandıra bilməz ki, mühərrikin həcminin böyük olması avtomobili daha riskli edir. Bu yanaşma düzgün deyil. Digər meyarlara üstünlük verilməli idi, məsələn, sürücünün təcrübəsi, nəqliyyat vasitəsinin köhnəliyi və s. Nəqliyyat vasitəsi nə qədər köhnə olarsa, onun qəza törətməsi daha məntiqlidir».
«TARİFİ HÖKUMƏT MÜƏYYƏN ETMƏMƏLİDİR»
Ərşad Hüseynova görə, sürücülərin sığorta şirkətlərinə etibar etməmələri də nahaq deyil. Çünki təcrübədə zərər çəkənlərlə sığorta şirkətləri arasında narazılıqlara tez-tez rast gəlinir.
Hüquqşünasa görə, icbari sığorta ilə bağlı yeni qaydalardan da görünən odur ki, bu cür narazılıqlar bundan sonra da olacaq:
«Qanunda yazılır ki, dəyən ziyanı sığorta şirkəti müəyyən edir. Maşın sahibləri deyəcək ki, mənə bu qədər ziyan dəydi, sığortaçı isə daha aşağı qiymətləndirəcək. Düzdür qanunda var ki, iki tərəf razılığa gəlməsə müstəqil qiymətləndiriciyə müraciət olunsun, amma daha düzgün olardı ki, əvvəldən müstəqil qiymətləndiriciyə müraciət olunsun».
İqtisadçı ekspertlər isə sığorta haqqının dövlət tərəfindən tənzimlənməsini düzgün hesab etmirlər. İqtisadçılara görə, tarifi hökumət müəyyənləşdirməməli, əksinə azad bazar şəraiti yaratmalıdır ki, sığorta şirkətləri arasında rəqabət yaransın və nəticədə sürücüyə daha aşağı sığorta haqqı və daha üstün şərtlər təklif olunsun.