-
"Şəhərin xəritəsini almaq üçün mən hökumət binasının yaxınlığında Dövlət Turizm İnformasiya Mərkəzinə getdim. Amma onlarda bir dənə də olsun xəritə yox idi. Mən taksiyə oturdum. Amma taksi sürücüsü gedəcəyim otelin harada yerləşdiyini bilmirdi. İngilis dilində də heç nə başa düşmürdü. Oteldə isə indiyə kimi nəğd pul ödəyirəm, heç bir kredit kart qəbul etmirlər. Getdiyim restoranlarda da həmçinin”.
Almaniyadan gələn jurnalistlərdən biri yanvarın 26-da keçirilən "Eurovision 2012" Mahnı müsabiqəsinin ilk mətbuat konfransında Bakıda olduğu vaxt rastlaşdığı problemlərdən danışıb. O, təşkilatçılardan soruşub ki, 3 ay ərzində Bakı bu problemləri aradan qaldıra bilməcəkmi?
“ƏSAS PROBLEMLƏR ADƏTƏN IŞTIRAK EDƏN ADAMLARIN SAYI ILƏ BAĞLI OLUR”
Mətbuat konfransında "Eurovison" Mahnı Müsabiqəsinin baş prodüsseri Jon Ola Sand, Eurovision" müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker, Eurovision TV-nin direktoru Jorgen Franck, «Eurovision-2012»nin icraçı prodüseri Adil Kərimli də iştirak edib.
"Eurovison" Mahnı Müsabiqəsinin baş prodüsseri Jon Ola Sand dedi ki, Bakıda təşkilatçılar tərəfindən həll edilməyəcək problem görmür:
"Eurovision müsabiqəsi 1956-cı ildən bəri çoxlu şəhərlərə səyahət edib və hər dəfə də uğur qazanıb. Əsas problemlər adətən iştirak edən adamların sayı ilə bağlı olur. Tıxac problemi də var. Bizim gərək xüsusi avtobuslarımız olsun. Əlbəttə ki, taksi sürücüləri də gərək minimum şəkildə ingilis dilini anlasınlar. Bakının sakinləri xəbərdar olmalıdırlar ki, şəhərə çoxlu adam gələcək. Bakıda təşkilatçılar tərəfindən həll edilə bilinməyəcək problemlər deyil".
“BƏLI BIZ BU KAMPANIYA HAQQINDA EŞITMIŞIK”
Baş prodüser Azərbaycanda bir qrup hüquq müdafiə təşkilatının Bakıda keçiriləcək «Eurovision-2012» musiqi yarışması ilə bağlı «Azadlıq musiqisi qeyri-azad ölkədə» adlı kampaniyaya başladığından da xəbərdar olduqlarını bildirib:
“Bəli biz bu kampaniya haqqında eşitmişik. Bilirik ki, Azərbaycanda müyyən çətinliklər var. Biz hələ də düşünürük ki, Eurovision pozitiv olan bir şeydir. Bu, mədəniyyət tədbiridir, bütün Avropadan insanları bir yerə yığır və onlar bunu qeyd edirlər”.
Kampaniyanı keçirən hüquq müdafiəçiləri isə Avropa Şurası və Avropa Yayım Şurası arasında imzalanan Memorandumu xatırladıb deyirlər ki, bu memorandum məhz Avropa Yayımçılar Birliyinə üzv olan ölkələrdə insan hüquqlarına sadiqlik prinsiplərini rəhbər tutan bir sənəddir.
“AVROPA YAYIMLAR BIRLIYI MEDIANIN AZADLIĞI ILƏ BAĞLI DƏRIN QAYĞILANIR”
Eurovision" müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker bildirdi ki, bizim belə bir razılaşmamız yoxdur:
“Eurovision müsabiqəsi qeyri-siyasi bir tədbirdir. Ölkənin milli, siyasi abu-havasını Eurovision mahnı müsabiqəsi nöqteyi-nəzərilə ittiham etmək bizdən asılı deyil. Lakin Avropa Yayımlar Birliyi medianın azadlığı ilə bağlı dərin qayğılanır. Mayda 100-dən çox ölkədən, 1600-dən çox jurnalist gələcək və biz zəmanət almışıq ki, gələn media işçiləri öz işlərini azad şəkildə görə biləcək. Və razılaşmaya hörmətsizlik ediləcəyinə inanmaq üçün heç bir səbəbimiz yoxdur”.
Bununla yanaşı Sietse Bakker qeyd etdi ki, Azərbaycan bu qədər jurnalisti birinci dəfədir qəbul etdiyindən müxtəlif çətinliklər var:
“Biz aidiyyatı dövlət orqanları ilə danışmışıq və bizə təminat verilib ki, tədbiri işıqlandırmağa gələn hər bir jurnalist müvafiq viza ala biləcək”.
“BAŞ NAZIRININ IMZASI ILƏ TƏHLÜKƏSIZLIKLƏ BAĞLI DÖVLƏT ZƏMANƏTI VERILIB”
«Eurovision-2012»nin icraçı prodüseri Adil Kərimlinin sözlərinə görə, Crystal Hall-ın qarşısında jurnalistlərin çalışması üçün xüsusi bölmə də tikilib. Həmin məkanda bütün akreditə olunmuş şəxslər – bura həm nümayəndə heyətləri, həm də mətbuat nümayəndələri, həm də fanatlar aiddir – toplaşacaq.
Təhlüksizlik məsələlərinə gəlincə, Adil Kərimli bildirib ki, Azərbaycan Respublikası baş nazirinin imzası ilə təhlükəsizliklə bağlı dövlət zəmanəti verilib: “Odur ki bütün qonaqları əminliklə müvafiq təhlükəsizliklə təmin edəcəyik”.
BILETLƏRIN QIYMƏTI VƏ MÜSABIQƏYƏ ÇƏKILƏN XƏRCLƏR HƏLƏ KI BƏLLI DEYIL
Adil Kərimli Eurovision mahnı müsabiqəsinin bütövlükdə büdcəsinin hələ ki bəlli olmadığını bildirdi:
“Yalnız mahnı müsabiqəsi bitdikdən sonra bütün bu xərclərin rəsmi hesabatı aparılır, Avropa Yayımları Birliyinə təqdim olunur. Həmin rəqəmlər konkret olunduqdan sonra mətbuata açıqlanır. Çünki hələlik xərclər çəkilməkdədir”.
«Eurovision-2012»nin icraçı prodüserinin sözlərinə görə, biletlərin satışına dair qiymət siyasəti hazırda işlənməkdədir:
“Avropa Yayımları Birliyinin qaydalarına uyğun olaraq, biletlərin qiymətləri müəyyən şərtlərə cavab verməli olacaq. Biletlərin dəqiq sayı, kateqoriyaları və sair detallı məlumatlar qısa müddətdə mətbuata bildiriləcək”.
“BÜTÜN IŞTIRAKÇILAR BƏRABƏR IMKANLAR YARADILACAQ”
Qırğızıstandan olan jurnalistin “Əgər Ermənistan qalib olarsa, Azərbaycanın reaksiyası necə olacaq?” sualına Azərbaycan tərəfinin cavabı belə oldu:
“Eurovision mədəni müsabiqədir – burada bütün iştirakçılar bərabərhüquqlu şəkildə təmsil olunurlar. Bütün iştirakçılar üçün eyni qaydada şərait yaradılacaq – kimliyindən, əraziyə aidiyyatından, milliyyətindən asılı olmayaraq bütün ölkələr mahnı müsabiqəsi ailəsinin bir üzvüdür. Onlara bərabər imkanlar yaradılacaq”.
«BAKI «EUROVİSİON»A EV SAHİBLİYİ ETMƏY TAM HAZIRDIR»
Yanvarın 25-də Bakıda «Eurovision 2012»nin rəmzi açarının təhvil verilməsi mərasimi keçirilib.
Mərasimində «Eurovision 2011»ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri «Eurovision» mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhər İcra Hakimiyyətinin başçısına təqdim edib. Bununla da Bakı «Eurovision 2012»yə ev sahibliyini rəsmən qəbul edib. Bakının meri Hacıbala Abutalıbov Bakının bu müsabiqəyə ev sahibliyi etməyə tam hazırdır:
«Bütün musiqi sevənlərin səbirsizliklə gözlədiyi müsabiqənin rəmzi açarı ona ev sahibliyi etməyə hazırlaşan doğma Bakımıza rəsmən təqdim olundu. Bununla da günü-gündən eurovision əhval-ruhiyyəsi artan şəhərimizdə bu mötəbər tədbirin təməli qoyuldu».
««LİGHT YOUR FİRE» MÜSABİQƏ TARİXİNDƏ ƏN YAXŞI LOQO...»
««Eurovision 2012» «Light your fire!» (Öz alovunu yandır) şüarı altında baş tutacaq. Şüarı təsvir edən loqoda Azərbaycan mədəniyyətində xüsusi yeri olan od, Azərbaycan musiqisini xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhsevərliyi təcəssüm etdirən günəş, ay və ulduzlar təsvir olunub.
«Eurovision» müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker «Eurovision 2012» loqosunu indiyəcən olan ən yaxşı loqo və devizi kimi qiymətləndirib. O, AzadlıqRadisouna müsahibəsində deyib ki, loqonun quruluşu, Azərbaycan tarixi və ənənələrini eləcə də «Eurovision» müsabiqəsinin ruhunu ifadə edir.
«BƏNZƏR LOQOLAR DƏQİQLİKLƏ ARAŞDIRILIB»
Təqdimatından bir gün sonra isə «Facebook» sosial şəbəkəsində həmin loqonun 1998-ci il Nagano olimpiya oyunlarının loqosuna bənzədildiyi ilə bağlı müzakirələr başlandı.
«Eurovision-2012»nin icraçı prodüseri Adil Kərimli sosial şəbəkədə gedən müzakirələrdən xəbərdar olduğunu və bu fikirləri absurd hesab edib:
«İstənilən təsviri bənzətmək üçün onun bənzəri mövcuddur. Amma burada bənzərlikdən söhbət getmir. Kifayət qədər dəqiq, peşəkar araşdırılsa burada elementlərin, komponentlərin düzülüşündə fərqlilik var. Buna bənzər bütün loqolar dəqiqliklə araşdırılıb. Tam dəqiqliklə deyə bilərəm ki, bənzərliklə bağlı fikirlər tam absurddur».
AZƏRBAYCAN MAYIN 26-DA FİNALDA İŞTİRAK EDƏCƏK
Yanvarın 25-də müsabiqənin birinci və ikinci yarımfinaldında iştirak edəcək ölkələrin adları da müəyyənləşdirildi. İlk yarım final mayın 22-də, ikinci yarımfinal isə mayın 24-də keçiriləcək.
Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.
43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcək.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən «Eurovision» müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.