İrana qarşı Qərb sanksiyalarının güclənməsi Ermənistanı odla su arasında qoyub.
Bir tərəfdən ABŞ-dan hər il alınan təxminən 40 milyon dollar yardım, o biri tərəfdən Ermənistan üçün həyati əhəmiyyətli İran.
“Armenia Today” yazır ki, Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan deyib ki, o, optimistdir və düşünür ki, ABŞ-la İran arasında hərbi münaqişə az ehtimallıdır, hərçənd nöqtəvi zərbələri istisna etmir.
Ancaq o deyib ki, münaqişə olsa, bunun region, xüsusilə Ermənistan üçün çox pis nəticələri olacaq.
Ancaq hərbi münaqişəsiz də, İrana qarşı iqtisadi sanksiyaların güclənməyindən Ermənistanda dərin narahatlıq var.
TƏBRİZDƏN GƏLMƏLİ NEFT KƏMƏRİ
Ermənistanın İranla əməkdaşlığında hazırda mərkəzi yeri Təbrizdən çəkilməli neft kəməri tutur.
Bu kəmər Ermənistanın Yerasx şəhərciyinə gündə 1 milyon 500 min litr neft məhsulları gətirməlidir.
Əgər tikilsə.
Tikintinin başlanması bu ilə planlaşdırılır. Kəmər 160-180 milyon dollara başa gəlməlidir. İran kəmərin öz ərzisindəki hissəsini tikməyə razı olub.
Ermənistan isə öz ərazsindəki hissəsini tikəcək.
İNVESTİSİYA NEFTƏ AİDDİRSƏ, 20 MİLYON DOLLARDAN ARTIQDIRSA...
Təbriz-Yerasx kəmər layihəsi ABŞ-ın İran sanksiyalarının təsir dairəsinə düşürmü?
Düşür.
Çünki ABŞ qanununa görə, sanksiyalar “İranın neft resurslarını birbaşa və əhəmiyyətli dərəcədə gücləndirən 20 milyon dollardan artıq investisiyalara” aiddir.
Bundan başqa, İranınn maliyyə qurumlarının, o cümlədən Mərkəzi Bankının pul köçürmələri də sanksiyalar altındadır.
İran-Ermənistan kəmərinin tikintisinə hətta İran pul köçürəndə də kəmərə sanksiyalar tətbiq oluna bilər.
Ancaq kəmər Ermənistan üçün həm enerji, həm maliyyə cəhətdən çox sərfəlidir. Ermənistanın enerji naziri Armen Movsisyan deyir ki, bu kəmər Ermənistanın illik enerji xərclərini 30 faiz azaldacaq.
İrana qarşı sankisyaların güclənməsi nazirin fikrincə, Ermənistanı bu layihədən çəkindirməyəcək.
O deyib ki, İranın həmişə problemləri olub, ancaq Ermənistan həmişə öz işlərini davam etdirib.
Nazir EurasiaNet.org-a bildirib ki, Təbriz-Yerasx neft kəməri bu il tikilməyə başlayacaq.
Ermənistanın hazırda İranla 140 km-lik qaz kəməri var. Bu kəmər Ermənistana ildə 2 milyard 300 milyon kub metr qaz gətirir.
İranla su-elektrik stansiyası və dəmiryolu layihələri var və bunların hər ikisi İranın maliyyəsindən asılıdır.
Ermənistanda siyasi təhlilçilərin fikrincə, Ermənistanın yeganə arqumenti iki tərəfdən- Azərbaycan və Türkiyə tərəfdən blokadada olmasıdır.
Buna görə, Ermənistan ümid edir ki, ABŞ hökuməti Təbriz kəmərinə güzəştə gedə bilər.
Hələlik ABŞ hökumətindən bu kəmərlə bağlı heç bir rəsmi söz deyilməyib.