Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:52

Britaniya şahzadəsi Həcci "ziyarət" edib


2011-ci il ziyarətindən görüntü
2011-ci il ziyarətindən görüntü

London muzeyindəki ekspozisiyanın sənədləri Səudiyyə Ərəbistanından gətirilib

Britaniya taxt-tacının varisi şahzadə Çarlz dünyada ilk dəfə keçirilən Həcc sərgisini ziyarət edib. Yanvarın 26-da London muzeyində açılan sərginin adı “İslamın qəlbinə səyahət” adlanır.

Şahzadə sərgidə nümayiş etdirilən ekspozisiyanı çox yüksək qiymətləndirib:

“Bu sərgi bizə Həccin əsl anlamını çatdırır. Bu ziyarət üçün tam məqbul şərait yaradan Səudiyyə Ərəbistanı kralının zəhməti xüsusi qeyd olunmalıdır”.

Sərginin təşəbbüskarı qismində kral Abdullaha məxsus ictimai kitabxananın rəhbərliyi çıxış edib. Ekspozisiyaya daxil edilən sənəd, əlyazma və xəritələr məhz bu kitabxana tərəfindən təqdim olunub. Əlyazmalar Həcc ziyarətinin özəlliklərini anladır. Digər eksponatlar isə muzeyin özü və Səudiyyə Ərəbistanın bir sıra təşkilatları tərəfindən təqdim olunub.

Şahzadə Çarlz müqəddəs ziyarət məkanındakı məscidlərin ərazisinin böyüdülməsi, həmçinin Həcc şərtlərinin yaxşılaşdırılması haqında planlarla tanış olub.

London Tarix Muzeyindəki bu sərgi aprelin 15-nə qədər davam edəcək.
XS
SM
MD
LG