Satınalmalar üzrə Dövlət Komitəsinin keçən il keçirilmiş tenderlər haqqında məlumatı ilə tanışlığı davam etdiririk. Bu sənəddə müxtəlif dövlət orqanlarının saxladıqları heyvanlara görə 2011-ci ildə çəkdikləri xərclər də əksini tapır.
Beləliklə, ayrı-ayrı dövlət orqanlarının keçən il saxladıqları xidməti heyvanlarına keçirdikləri tenderlər haqqında rəsmi məlumat.
Xidməti itlər üçün yem və tibbi ləvazimatlar
-
- Dövlət Sərhəd Xidməti: 62 min 200
- Dövlət Gömrük Komitəsi: 20 min 86 manat,
- Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayı: 9 min 148 manat,
- Fövqəladə Hallar Nazirliyinin Maddi texniki təchizat idarəsi: 92 min 295 manatlıq yem və tibb ləvazimatları alıb.
Atlar üçün yem və tibbi ləvazimatlar
- Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzindəki heyvanlar üçün: 69 min 580 manatlıq,
- Qala Dövlət Tarix Etnoqrafiya qoruğundakı heyvanlar üçün: 10 min 610 manat.
- Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş idarəsi: 305 900 manat,
- Gənclər və İdman Nazirliy Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlarının Uşaq-Gənclər İdman Məktəbi: 155 min 953 manat.
Bundan başqa,
- "Aqrolizinq" ASC keçən il cins damazlıq qaramal üçün yem almağa 96 min 750 manat xərcləyib.
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Çaykənd Qızılbalıqartırma zavodu isə balıqlara 7 min 920 manatlıq yem alıb.
Siyahıda göstərilən məbləğlərdə yem və tibbi ləvazimatların neçə baş heyvan üçün nəzərdə tutulduğu göstərilmir.