Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 23:11

Ayatollah Khomeini 2012-ci ildə İrana qayıdıb


Khomeininin kartondan düzəldilmiş siluetini ciddi şəkildə təyyarənin pilləkənləri ilə aşağı endirirlər
Khomeininin kartondan düzəldilmiş siluetini ciddi şəkildə təyyarənin pilləkənləri ilə aşağı endirirlər
-

1979-cu il fevralın 1-də İran İslam Respublikası inqilabının lideri Ayatollah Khomeini 14 illik mühacirət həyatından sonra Air France-ın təyyarəsi ilə təntənəli şəkildə Parisdən Tehrana gəlib.
AzadlıqRadiosunun əməkdaşı Golnaz Esfandiari yazır ki, həmin hadisədən 33 il sonra Tehranda qəribə bir mərasim səhnələşdirilib. Mərasimdə mühafizəçilər əllərində Khomeininin kartondan düzəldilmiş siluetini ciddi şəkildə təyyarənin pilləkənləri ilə aşağı endirirlər. Khomeinini qarşılayan kütlə ona dərin hörmətini ifadə edir.
Son 30 ildə İranda çoxlu qeyri-adi, hətta absurd tədbirlər keçirilir. Ancaq fevralın 1-də keçirilən bu mərasim indiyə qədər keçirilmiş bütün absurd mərasimləri kölgədə qoyub.
Yarı rəsmi Mehr xəbər agentliyi bu mərasimdən şəkillər yerləşdirib. Şəkillərdən birində ciddi şəkildə mühafizəçilər Khomeininin şəklini endirir, hərbçilər ruhanilərə hərbi salam verirlər. Sonda isə hərbi orkestr musiqi çalır.
ƏKS EFFEKT VERƏN TƏBLİĞAT
Khomeininin kartondan düzəldilmiş başqa bir silueti isə Refah məktəbində keçirilən tədbirdə peyda olub. Khomeini 33 il əvvəl ölkəyə qayıdanda öz qərargahını məhz bu məktəbdə yaratmışdı. İndi bu məktəbdə keçirilən yubiley tədbirində təhsil naziri Hamid Reza Haj Babayi və digər rəsmi şəxslər də iştirak ediblər.
Həmin tədbirdən çəkilmiş şəkildən görünür ki, Khomeininin fiqurunun yanında oturmuş rəsmilər özlərini bir az narahat hiss edirlər. Tədbirdə onlar çay içib söhbət edirlər.
Mühafizəçilər əllərində Khomeininin kartondan düzəldilmiş siluetiylə
Mühafizəçilər əllərində Khomeininin kartondan düzəldilmiş siluetiylə

Bu cür tədbirlər İranın müasir tarixinin ən mühüm hadisəsini mədh etmək məqsədi daşıyır. Ancaq bu əks effekt də verir. Bu cür hadisələri ələ salan zarafatlar, lətifələr yaranır.
Vaxtilə Khomeini İrana qayıdanda bir əcnəbi jurnalist ondan soruşmuşdu ki, «uzun müddət xaricdə qalandan sonra ölkənizə qayıtmağınızla bağlı nə hiss edirsiniz?» Khomeinin cavabı belə olmuşdu «heç nə». İndi ondan belə məzhəkə yaradılıb – Khomeini deyir ki, «axı mən kartondan düzəldilmişəm, nə hiss edə bilərəm?»
Əslində Khomeininin silueti özünün vaxtilə vəd etdiyi İrandan çox fərqlənən İrana gəlir. Vaxtilə o azadlıqdan, ədalətdən danışırdı. İndi isə varlılarla kasıblar arasında fərq dayanmadan artır və İran insan hüquqlarının pozuntuları ilə bağlı tez-tez tənqid olunur.
İNQİLAB İDEALLARININ PUÇA ÇIXMASI İNSANLARDA MƏYUSLUQ YARADIB
Khomeininin kartondan düzəldilmiş başqa bir silueti isə Refah məktəbində keçirilən tədbirdə peyda olub
Khomeininin kartondan düzəldilmiş başqa bir silueti isə Refah məktəbində keçirilən tədbirdə peyda olub
1979-cu il inqilabından 30 il keçib. Bu müddət ərzində İran inqilabının övladlarına, hətta vaxtilə Khomeiniyə islam inqilabında kömək etmiş inqilabın ataları sayılan şəxslərə belə divan tutulub.

Onların arasında həmin dövrdə Khomeininin yaxın tərəfdarlarından olan keçmiş baş nazir Mir Hossein Musavi keçən ilin fevralından ev həbsindədir.

İnqilabın atalarından sayılan Mehdi Karrubi də ev dustağıdır.

Keçmiş prezident Akbar Hashemi Rafsanjani prezident Mahmud Ahmadinejad ilə çəkişdiyinə və prezidenti seçkidən sonra mitinqçilərə qarşı sərt rəftarına görə tənqid etdiyi üçün bütün ölkənin həyatından təcrid olunub. Müxalifət hərəkatına dəstəklərinə görə, hətta Khomeininin bəzi qohumları da təzyiqlərə məruz qalıb.
İnternetdə Khomeininin kartonuna bəzi fotoşoplar edilmiş düzəlişlər bir qədər İranın bu günkü vəziyyətinə işarə edir. Kartondakı fiqurda Khomeini oturmuş vəziyyətdədir.

O, yanında oturmuş rəsmilərdən soruşur: «Salam, uşaqlar. Sizi görməyimə çox şadam. Akbari görməmisiniz, Akbar Hashemini?»

Yanında oturanlar isə özlərini elə aparırlar ki, guya Akbari tanımırlar, mövzunu dəyişməyə çalışırlar: «Burda Akbar deyilən adam yoxdur. Bizdə heç Mir Hossein Musavi, Mehdi Karrubi adlı adam da yoxdur. Gəlin, mövzunu dəyişək. Özünüz necəsiniz?»
İranlılardan biri isə deyir ki, İran hakimiyyəti deyəsən legitimliyi kartonla ölkəyə qayıtmaq səhnələri yaratmaqla qazanmaq istəyir.

Fotolar:





XS
SM
MD
LG