Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:36

Rusiya ilə Çin beynəlxalq tənqidlərlə üzləşiblər


Suriya. Daraya. Suriyada prezidentin istefasını tələb edən aksiyaçılarla polis arasında toqquşma olub
Suriya. Daraya. Suriyada prezidentin istefasını tələb edən aksiyaçılarla polis arasında toqquşma olub
Rusiya ilə Çinin BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoymaları kəskin tənqidlərlə qarşılanıb.
Şuranın qalan 13 üzvü prezident Bashar Assadı istefaya çağıran sənədin lehinə səs veriblər.
Birləşmiş Ştatların BMT-ki elçisi Susan Rice təhlükəsizlik şurasının bu iki üzvünü
Suriya xalqını satmaqda və zalım hökmüdarın tərəfini saxlamaqda günahlandırıb.
Rusiyanın BMT-ki elçisi Vitali Çurkin isə sənədin balanslı olmadığını deyib.
ABŞ Dövlət Katibi Hillary Clinton isə bildirib ki, bu məsələdə vahid beynəlxalq mövqein olmaması ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbiləkütləvi nümayişlər keçirilir.
BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.

Yanvarın 30-da Rusiyanın Xarici İşlər nazirliyi açıqlamasında bildirmişdi ki, Suriya prezidenti Bashar al-Assad hökuməti Moskvada müxalifət ilə danışıqlara qatılmağa razılıq verib. Ancaq Suriya Müxalifət Şurası Rusiyanın təşkil elədiyi heç bir danışıqda iştirak etməyəcəyini,Moskva Assad rejiminin ənənəvi müttəfiqi olduğunu demişdi.
XS
SM
MD
LG