Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:33

Nazim Hikmətin həbsdən Pirayə xanıma yazdığı məktublar kitab oldu


Nazim Hikmətin həbsxanadan həyat yoldaşı Pirayə xanıma yazdığı məktublar kitab şəklində buraxıldı.

Bəzi məktubların çap-əlyazma nüsxəsi də ayrıca qutuda yerləşdirilib

Kitab Türkiyənin məşhur “Yapı Kredi Yayınları”nda buraxılıb.

Məmməd Fuadın (Memet Fuat) nəşrə hazırladığı kitabda Nazim Hikmətin 1933-cü il noyabrın 11-dən 1949-cu il noyabrın 11-dək – düz 16 il boyunca Bursa həbsxanasından ömür yoldaşı Pirayə (Piraye) xanıma yazdığı 581məktub toplanıb.



Cəmi 1000 nüsxə, “Nazım Hikmet'ten Piraye'ye Aşk Mektupları” adı ilə və özəl tərtibatla çap edilən bu kitab, ilk növbədə, ünlü şairin heyranlarına və sadəcə, kolleksiyaçılara ünvanlanıb.

Kitabla birgə satılan ayrıca qutuda Pirayə xanıma ünvanlanmış 26 məktub özəl-gözəl əlyazma çapı biçimində diqqətə yetirilir.

Xatırladaq ki, Nazim Hikmət ilə Pirayə xanımın sevgisi dillərdə dastan olub.

Nazim Hikmət ən gözəl sevgi şeirlərini bu qadına həsr edib.

1935-ci ildən 1950-ci ilə qədər evli olublar.

Pirayə xanımın ilk evlilikdən iki uşağ varmış.

Bu illər Nazim Hikmətin həyatı ancaq həbsxanalarda keçib.

Böyük şair 1963-cü ildə dünyasını dəyişib.

Pirayə xanımdan sonra o iki dəfə evlənib.

Pirayə xanım isə Nazimdən sonra ərə getməyib və 1996-cı ildə dünyadan köçüb.

O, tarixə “bir dünya şairinə şeir yazdıran qadın” kimi düşüb.

Bu qadın Nazimin şeir və məktublarını bir taxta qutuya qoyaraq saxlayıb...

Aşağıda Nazim Hkmətin zindandan Pirayə xanıma yazdığı və sözügedən kitabda çap olunmuş “Karıma mektub” şeirini diqətinizə çatdırırıq:


KARIMA MEKTUP

Bir tanem!
Son mektubunda:
“Başım sızlıyor
yüreğim sersem!”
diyorsun.
“Seni asarlarsa
seni kaybedersem;”
diyorsun;
“yaşayamam!”
Yaşarsın karıcığım,
kara bir duman gibi dağılır hatıram rüzgârda;
yaşarsın, kalbimin kızıl saçlı bacısı
en fazla bir yıl sürer
yirminci asırlarda
ölüm acısı.
Ölüm
bir ipte sallanan bir ölü.
Bu ölüme bir türlü
razı olmuyor gönlüm.
Fakat
emin ol ki sevgili;
zavallı bir çingenenin
kıllı, siyah bir örümceğe benzeyen eli
geçirecekse eğer
ipi boğazıma,
mavi gözlerimde korkuyu görmek için
boşuna bakacaklar
Nâzım’a!
Ben,
alaca karanlığında son sabahımın
dostlarımı ve seni göreceğim,
ve yalnız
yarı kalmış bir şarkının acısını
toprağa götüreceğim…
Karım benim!
iyi yürekli,
altın renkli,
gözleri baldan tatlı arım benim;
ne diye yazdım sana
istendiğini idamımın,
daha dava ilk adımında
ve bir şalgam gibi koparmıyorlar
kellesini adamın.
Haydi bunlara boş ver.
Bunlar uzak bir ihtimal.
Paran varsa eğer
bana fanila bir don al,
tuttu bacağımın siyatik ağrısı,
Ve unutma ki
daima iyi şeyler düşünmeli
bir mahpusun karısı
XS
SM
MD
LG