Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:46

Azərbaycanda Misir oliqarxlarının pullarının izi…


Nazim Məmmədov
Nazim Məmmədov
AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı-ekspertlər Nazim Məmmədov Qubad İbadoğlu Misirin «çirkli pullarının» Azərbaycana necə yol tapması barədə araşdırmanı şərh ediblər.

N.Məmmədovun fikrincə, bu vəsaitlər Azərbaycana yəqin ki, hansısa müqavilələrlə daxil olub:

«Hər bir ölkə investisiyalarda maraqlıdır. Hətta offşor şirkətlər olanda, bəzi ölkələr buna göz yumurlar. Ancaq son illər terrorizmlə mübarizə ilə əlaqədar olaraq pulların marşrutunu izləmək üçün xidmətlər yaradılıb... 17 milyon o qədər də böyük rəqəm deyil. Bu pullar Azərbaycan üzərindən keçmiş olsa belə, yəqin ki, hansısa müqavilələrin şərti ilə keçib və o müqavilələr monitorinq xidmətində heç bir sual yaratmayıb…».

İqtisadçı-ekspert Q.İbadoğlu isə hesab edir ki, Azərbaycana daxil olan hər bir vəsaitə nəzarət var. Onun fikrincə, razılıq olmadan Azərbaycana nəinki 17 milyon, hətta 100 min manat keçirmək mümkün deyil:

«Nəzarət var. Bu o demək deyil ki, bu nəzarətsiz olub. Vəsaitlər Azərbaycana daxil olub, heç kəsin də xəbəri
Qubad İbadoğlu
Qubad İbadoğlu
olmayıb».

Ekspert deyir ki, Azərbaycanın adının «çirkli pullar»ın yuyulması kimi araşdırılmalarda hallanması ölkə iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir:

«Həm öz daxilindəki «gizli iqtisadiyyat»ın səviyyəsinə, həm də «çirkli pullar»ı müəyyən əməliyyatlara cəlb etdiyinə görə Azərbaycanın adı yaxşı olmayan siyahılardadır... Bu da Azərbaycanın iqtisadi sistemi üçün o qədər də yaxşı perspektiv vəd etmir. İnvestorlar da bundan yəqin ki, müəyyən nəticə çıxaracaqlar…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG