-
İsrail Xarici İşlər nazirliyi Hindistan və Gürcüstanda 2 səfirlik nümayəndəsinə terror hücumu təşkil olduğunu təsdiqləyib.
İsrail Xarici İşlər nazirliyi Hindistan və Gürcüstanda 2 səfirlik nümayəndəsinə terror hücumu təşkil olduğunu təsdiqləyib.
Məlumata görə, New Dehlidə səfirliyin maşınına qoyulan bomba partlayışında azı bir nəfər yaralanıb.
Gürcüstanda isə İsrail səfirliyinin maşınlarında birində bomba aşkarlanıb. Polis bombanı zərərsizləşdirib.
İsrail Xarici İşlər nazirliyi xarici nümayəndəliklərində ən yüksək təhlükəsizlik hazırlığı élan edilib. İsrail 2008-ci ild fevralın 12-də Hizbullah lideri İmam Moughniyeh-ə sui qəsdin ildönümündə vətəndaşlarını qisas aktları ilə xüsusi ehtiyatlı olmağı və İran tərəfindən nüvə aliminin ölümünə cavab kimi təşkil edilə biləcək hücumlara qarşı hazırlıqlı olmaqla bağlı da xəbərdarlıq edib.
İranda nüvə alimi Mostafa Ahmadi Roshan yanvarın 11-də maşınına qoyulan bombanın partlaması nəticəsində həlak olub. Şahidlərin bildirdiyinə görə naməlum adam motosikletlə gələrək bombanı onun maşınına atıb. Alim İranın Natanz uran zənginləşdirmə zavodunda işləyirmiş.