Fevralın 18-i axşamdan ölkə ərazisində havanın temperaturu əvvəlki günlərə nisbətən yenidən bir qədər aşağı enəcək.
Bunu «Trend»ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.
Fevralın 15, 16 və 17-də Bakıda və Abşeron yarımadasında temperaturun 5-9 dərəcəyədək yüksəlməsi gözlənilir. Həmin günlərə nisbətən fevralın 19-da havanın temperaturu bir qədər aşağı olacaq. Fevralın 19-da günorta saatlarında 2 dərəcə isti olacağı gözlənilir. Amma axşama doğru temperatur 0 dərəcəyə yaxınlaşacaq.
«Çox kəskin şaxtalar gözlənilmir. Temperatur aşağı ensə də, yağıntılar olsa da, çox kəskin şaxtalı havalar olmayacaq», - U.Tağıyeva əlavə edib.
Yaxın günlərdə isə ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək, hava nisbətən mülayimləşəcək.