«Hələ «Təhsil haqqında» qanun qəbul olunarkən, Təhsil Nazirliyi olaraq biz ciddi-cəhdlə çalışdıq ki, orta məktəblərdə 12 illik təhsilə keçilsin.
Təəssüf ki, o zaman bu, baş tutmadı. Amma qanunun qəbulundan bir müddət keçəndən sonra hamı görür ki, bir çox ölkələrdə – dünya ölkələrinin təxminən 90 faizində məhz 12 illik təhsil tətbiq olunur. Ona görə də yəqin ki, bizim də qanunvericilikdə dəyişiklik olunacaq və 12 illik təhsilə keçməklə bağlı qərar qəbul ediləcək».
Bunu Təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, 12 illik təhsilə keçilərsə, 10 illik təhsil icbari olacaq:
«Qalan 2 ildə isə şagirdlər əsasən ali məktəblərə gedərkən verəcəkləri qəbul imtahanları üzrə hazırlaşacaqlar. Bununla həmçinin Azərbaycan cəmiyyətində çox ciddi problem olan repetitorluğun qarşısına müəyyən bir sədd çəkiləcək». /apa/