Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:07

Avropa parlamenti Rusiyanı ədalətli seçki keçirməyı çağırır


Avropa parlamenti ötən ilin dekabrında Rusiyada keçirilmiş Duma seçkiləri zamanı çoxsaylı qanun pozuntularından narahatdır.

Avropa parlamenti Rusiya hakimiyyətini qeydə alınmış pozuntularla bağlı hərtərəfli araşdırma aparmağa və nəticələrə təsir göstərən pozuntuların baş verdiyi yerlərdə təkrar seçki keçirməyə çağırır.

Cümə Axşamı Avropa parlamentində qəbul edilmiş qətnamədə qeyd olunur ki, seçkilərdən sonra Moskva və başqa şəhərlərdə keçirilən kütləvi nümayişlər Rusiya vətəndaşlarının azad və ədalətli seçki istəyindən xəbər verir.

Avropa Parlamenti martın 4-də ölkədə keçiriləcək prezident seçkisinin demokratik olacağına ümidlə yanaşadığını bildirib.
XS
SM
MD
LG