Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:13

Prezident Administrasiyası qarşısında aksiya


24.02.2012. Prezident Administrasiyası qarşısında etiraz aksiyası zamanı çəkilmiş foto
24.02.2012. Prezident Administrasiyası qarşısında etiraz aksiyası zamanı çəkilmiş foto
Fevralın 24-də özlərini «Aldadılmış Payçılar Birliyi»nin üzvləri kimi təqdim edən 50-dən çox vətəndaş Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd edib. Müxtəlif tikinti şitkətləri tərəfindən aldadıldıqlarını deyən vətəndaşlar əllərində şüarlarla haqlarının tapdanmasına etiraz ediblər. Aksiya zamanı polis aksiyaçıların şüarlarını əllərindən alıb cırıb.

Bundan sonra etiraz edən payçılardan bir neçəsi Prezident Administrasiyanın qəbul şöbəsinə dəvət edilib. Qəbulda onlara yenidən Bakı Şəhər İcra Hakimiyyətinə üz tutmağı məsləhət bildilər. Şikayətçilər deyir ki, onlar 5 ildir BŞİH, məhkəmələr və Prezident Aparatı arasındakı labirintdə azıblar. Etiraz edən payçılar əgər tələbləri yerinə yetirilməzsə, aclıq aksiyası etməyi düşündüklərini deyirlər.

Etiraz edənlər GEN MMC, Kamran MTK, FUAD LTD MMC və sair tikinti şirkətləri tərəfindən aldadıqlarını iddia edən yüzlərlə sakindi.

XS
SM
MD
LG