Avropa Birliyi Suriyaya qarşı daha sərt sanksiyalar qəbul edib. Brüsseldə Xarici İşlər nazirləri toplantısında qərara alınıb ki, Suriya Mərkəzi Bankının bütün hesabları dondurulsun, prezident Basahr al-Assada yaxın olan daha 7 adamın Avropaya səfərlərinə qadağa qoyulsun, Suriya yük təyyarələrinin Birlik ölkələrinə səfərləri və bu ölkəylə qızıl və başqa qiymətli metallar satışına embarqo qoyulsun.
Bundan əvvəl Avropa Birliyi 150-ə qədər Suriya rəsmisinin adını qara siyahıya salmış, Suriyaya qarşı neft və silah embarqosu qoymuşdu.
Bu sanksiyalar barədə Tunisdə ötən həftə keçirilən Suriyanın dostları konfransında qərar verilmişdi. Bashar al-Assad rejimini dəstəkləyən Rusiya və Çin həmin konfransı birtərəfli adlandırıb, iştirakdan imtina eləmişdi.
Suriyada ötən ilin martından başlanan rejim əleyhinə nümayişlərdə öldürülən etirazçıların sayı 5 mini keçib.