"Tərcümə edilən sənədlər Səfəvi hökmdarı I Şah Abbasa Roma papaları tərəfindən göndərilmiş məktublardır”
Bu sözləri APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib.
SƏNƏDLƏRİN ÜÇÜ TƏRCÜMƏ EDİLİB
Onun sözlərinə görə, ötən il dekabrın 7-də Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərdən 3-ü tərcümə edilib:
“ Bu məktublardan ikisi Roma papalarının işlər üzrə rəhbər şəxsləri tərəfindən yazılıb. Sonuncu məktub isə Roma Papası V Pavel tərəfindən I Şah Abbasa yazılıb. Məktublarda ikitərəfli siyasi sazişlər haqqında söhbət gedir. Romada Səfəvilər sarayından göndərilən elçilərin adları, eyni zamanda Səfəvilər sarayına göndərilən elçilər haqqında da məlumatlar verilir”.
ROMA PAPASI 1 ŞAH ABBASDAN NİYƏ ÜZR İSTƏYİB?
F. Ələkbərli bildirilib ki, Roma Papası V Pavel tərəfindən 1605-ci ilin iyulun 20-də I Şah Abbasa göndərilən məktubda Papa Romada Səfəvilərin elçisi Bayramqulu bəyin öldürülməsinə görə ondan üzr istəyib:
“Məktubda V Pavel qeyd edib ki, bu qətlin qarşısını ala bilmədiyinə təəssüflənir və buna görə üzr istəyir. Buna baxmayaraq, Papa ümid etdiyini bildirib ki, Səfəvilərlə mehriban əlaqələr, həm ticarət, həm də hərbi sahədə münasibətlər yenə də əvvəlki kimi davam edəcək.
Papa özündən əvvəlki papaların siyasi xəttini davam etdirəcəyini də deyib və Azərbaycana 3 səfir göndərildiyini vurğulayıb. Bunlar karmelit təriqətinə qulluq edən Pavel Simon, İoan Tadeus və Zimsend olublar.
Həmin şəxslər V Paveldən əvvəl, VIII Klement tərəfindən səfir təyin ediliblər və Vatikan taxt-tacını
təmsil etmək hüququ qazanıblar”.
20 MƏKTUB TƏRCÜMƏ PROSESİNDƏDİR
F. Ələkbərli bildirib ki, ümumilikdə latın dilində olan 20-dək məktub hazırda tərcümə prosesindədir: “Bu məktubların əksəriyyəti Səfəvilərə aiddir. Amma onların arasında Elxanilərə, Hülaki xana və onun varislərinə göndərilən məktublar da var. Bunların arasında 1267-ci və 1279-cu illərdə Abağa xana, 1290-cı ildə Arqun xanın V Nikolaya, 1302-ci ildə Qazan xanın VIII Bonifasiyə, 1246-cı ildə Güyük xanın IV İnnokentiyə göndərdiyi məktubları qeyd etmək olar. Bunlarla yanaşı, VIII Bonifasinin 1302-ci ildə və XI Benediktin 1304-cü ildə Azərbaycanın xristian patriarxı, nestorian təriqətinə qulluq edən Yabalaxa göndərdikləri məktubları da qeyd etmək istərdim. Nestorianların öz kilsəsi olub və onlar milliyyətcə uyğur olublar”.
QƏDİM İTALYAN DİLİNDƏ OLAN SƏNƏDLƏR DƏ TƏRCÜMƏ EDİLƏCƏK
F. Ələkbərlinin sözlərinə görə, həmin dövrə aid sənədlər arasında qədim monqol və uyğur dilində olanlar da var. Onlar da tərcüməyə cəlb ediləcək. Latın dilində olan sənədlərin ardınca qədim italyan dilində olan 90-a dək sənədin tərcüməsinə başlanacaq.
Xatırladaq ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti ötən il dekabrın 7-də Bakıya gətirilib.
SƏNƏDLƏR 1000 SƏHİFƏ HƏCMİNDƏDİR
Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. sənədlərdən ibarətdir.