Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:37

Azərbaycandakı Rusiya vətəndaşları səs vermək üçün növbəyə düzülüblər [VİDEO]


Rusiya vətəndaşları səs verirlər
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00
Direct-ə keçid

Rusiya vətəndaşları səs verirlər

Martın 4-ü səhər saatlarından Bakıdakı Rusiya səfirliyinin konsul şöbəsinin qarşısında uzun növbə yaranıb. Azərbaycanda yaşayan Rusiya vətəndaşları da prezidentlərini seçməyə, öz namizədlərinə səs verməyə gəliblər. Konsul şöbəsindəki seçki məntəqəsi səhər saat 8-dən fəaliyyətdədir. Məntəqənin sədri Oleq Aleksandroviç Kroxinin AzadlıqRadiosuna dediyinə görə, seçicilər ötən ilin parlament seçkiləri ilə müqayisədə bu il daha fəaldırlar:
«Hazırda seçicilərimiz çox yüksək fəallıqla səs verirlər. Gözləyirik ki, fəallıq daha da artacaq və ötən ilin parlament seçkilərində olduğundan daha çox seçici səs verəcək».
«NƏTİCƏ SÜRPRİZ OLMAYACAQ»
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də səs verməyə gələnlərin çoxluğundan məmnundur, deyir ki, seçkidən sürpriz gözləmir:
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin
«Mən gözlənilməz nəyinsə baş verəcəyindən çox qanunauyğunluq gözləyirəm. Seçkinin nəticəsini qabaqcadan təxmin etmək asandır. Əldə olunan nəticə Rusiya üçün stabillik və uğurlu inkişaf deməkdir. Diqqətinizə görə çox sağ olun. Mən çox şadam ki, həmvətənlərimiz öz səsvermə hüquqlarından çox aktiv şəkildə istifadə edirlər, gördüyünüz kimi adam çoxdur, hətta növbə də yaranıb. Hesab edirəm ki, Azərbaycanda yaşayan Rusiya vətəndaşları seçkinin nəticələrində çox maraqlıdırlar. Ümid edirəm ki, bundan sonra da bizim münasibətlər normal tərzdə inkişaf etməyə davam edəcək».
Seçkini müşahidə edənlər hələ ki qanun pozuntularına şahid olmadıqlarını deyirlər. Seçkidə Rusiyanın prezidenti olmaq uğrunda 5 namizəd mübarizə aparır: hakimiyyətin namizədi Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Zhirinovsky, Kommunist Partiyasının rəhbəri Gennady Zyuganov, «Ədalətli Rusiya»dan Sergey Mironov və milyarder Mixail Proxorov.
«HEÇ BİRİ SEÇİLƏSİ DEYİL»
Söhbət etdiyimiz seçicilər səsvermənin gedişatından razı olsalar da, namizədlər barədə fikirlər müxtəlifdir:
- Düşünürəm ki, hazırkı hakimiyyətin nümayəndəsi bundan sonra da öz siyasətini davam etdirsə daha yaxşı olar. Yeganə namizəd Vladimir Putini hesab edirəm və ona da səs verdim. Allah ona can sağlığı versin.
- Seçkilər necə keçə bilər ki, 5 namizəddən heç biri seçiləsi deyil. Biri özünü aparmağı bacarmır, o birinin başı ancaq siyasətə qarışıb.
- Gözləyirəm ki, yaxşı bir prezidentimiz olacaq, xalqın qayğısına qalacaq
Rusiya səfirliyinin konsul şöbəsində səsvermə bu gün axşam 8-dək davam edəcək.
XS
SM
MD
LG