Bu gün Rusiyada müxalifətin 3 liderinin məhkəməsi olacaq. Aleksei Navalny, Sergei Udaltsov və Ilya Yashin prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən dünənki aksiyada saxlanılıb. Sonradan onlar buraxılıb.
Navalny və Udaltsovu inzibati məsuliyyətə cəlb olunaraq hərəsini 2000 rubl ($70) cərimə gözləyir. Yashin isə etiraz aksiyasının təşkili qaydalarını pozmaqda günahlandırılır. Onu 15 günlük həbs gözləyir.
Vladimir Putinin prezident seçilməsinə etiraz olaraq dünən Moskvada keçirilən aksiyada polis 250, Sankt-Peterburqda isə 300 nəfəri saxlayıb.
Moskva polisi bloqqer Navalnını həbs edib
Moskvada polis bloqqer Aleksey Navalnını həbs edib.
Navalnı tutulandan sonra Twitterdə yazıb ki, “polis maşınından hamıya salam"
Rusiyanın dövlət mediası ictimai fəallardan Sergei Udaltsov və Ilya Yashinin həbsi barədə məlumat yayıb.
Polis aksiyanı dağıtdı
Moskvada müxalifət nümayişinə ayrılan vaxt başa çatan kimi polis nümayişi zor gücünə dağıtmağa başlayıb.
Meydana əlində dəyənəklərlə girən polis nümayiş yerində qalan müxalifətçiləri tutub – saxlayır.
MSK qarşısındakı digər nümayişdə də onlarla adam saxlanıb. Onlar arasında müxalifət koalisiyası olan "Başqa Rusiya"nın lideri Eduard Limonov da var.
***
Moskvada prezident seçkilərindən sonra ilk böyük etiraz nümayişi keçirilir.
Puşkin meydanında “Putinsiz Rusiya” nümayişinə polisin məlumatına görə, 14 min adam çıxıb.
Müxalifət nümayişə gələnlərin 20 min olduğunu deyir.
Reutersin məlumatına görə, Moskvanın müxtəlif yerlərində nümayişə cəhd etmək istəyənlər arasında 50 adam tutulub.
Sankt Peterburqda Putinin seçilməyinə etiraz nümayişində 50-yə qədər adam tutulub.
Nümayişə 1500 adam çıxıb.
RUSİYA MÜXALİFƏTİ ETİRAZLARA BAŞLAYIB
Aksiyada iştirak edən müxalifət nümayəndələri seçkilərin saxtalaşdırıldığını deyir.
Martın 4-də Rusiyada prezident seçkiləri keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Vladimir Putinin seçkidə qalib gəldiyini rəsmən bəyan edib.
Navalny və Udaltsovu inzibati məsuliyyətə cəlb olunaraq hərəsini 2000 rubl ($70) cərimə gözləyir. Yashin isə etiraz aksiyasının təşkili qaydalarını pozmaqda günahlandırılır. Onu 15 günlük həbs gözləyir.
Vladimir Putinin prezident seçilməsinə etiraz olaraq dünən Moskvada keçirilən aksiyada polis 250, Sankt-Peterburqda isə 300 nəfəri saxlayıb.
Moskva polisi bloqqer Navalnını həbs edib
Moskvada polis bloqqer Aleksey Navalnını həbs edib.
Navalnı tutulandan sonra Twitterdə yazıb ki, “polis maşınından hamıya salam"
Rusiyanın dövlət mediası ictimai fəallardan Sergei Udaltsov və Ilya Yashinin həbsi barədə məlumat yayıb.
Polis aksiyanı dağıtdı
Moskvada müxalifət nümayişinə ayrılan vaxt başa çatan kimi polis nümayişi zor gücünə dağıtmağa başlayıb.
Meydana əlində dəyənəklərlə girən polis nümayiş yerində qalan müxalifətçiləri tutub – saxlayır.
Moskvada müxalifət ldieri Limonov həbs edildi
Moskvada müxalifət lideri Limonov həbs edildi***
Moskvada prezident seçkilərindən sonra ilk böyük etiraz nümayişi keçirilir.
Puşkin meydanında “Putinsiz Rusiya” nümayişinə polisin məlumatına görə, 14 min adam çıxıb.
Müxalifət nümayişə gələnlərin 20 min olduğunu deyir.
Reutersin məlumatına görə, Moskvanın müxtəlif yerlərində nümayişə cəhd etmək istəyənlər arasında 50 adam tutulub.
Sankt Peterburqda Putinin seçilməyinə etiraz nümayişində 50-yə qədər adam tutulub.
Nümayişə 1500 adam çıxıb.
RUSİYA MÜXALİFƏTİ ETİRAZLARA BAŞLAYIB
Aksiyada iştirak edən müxalifət nümayəndələri seçkilərin saxtalaşdırıldığını deyir.
Martın 4-də Rusiyada prezident seçkiləri keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Vladimir Putinin seçkidə qalib gəldiyini rəsmən bəyan edib.
Son məlumata görə, hakim Vahid Rusiya Partiyasının lideri, baş nazir Vladimir Putin 64,06 faiz səs topalıb.