Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:43

Markes 85 yaşında oxucularına hədiyyə etdi


Gabriel Garsia Marquez (ortada), Arxiv fotosu
Gabriel Garsia Marquez (ortada), Arxiv fotosu
Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel Garcia Marquez-in 85 yaşı tamam olur.

Martın 6-da o özünə də, oxucularına da hədiyyə edib:

Yazıçının yaratdığı şedevrin - “Yüz ilin tənhalığı” romanının elektron variantı satışa çıxarılıb.

Bu, onun e-formata keçirilən 4-cü kitabıdır.

“Mən bilmirəm bu, bizim ümidlərimizi doğruldacaqmı, uğurlu olacaqmı? Hər halda məqsəd budur” – deyə yazıçının ədəbi agenti Carmen Balcells martın 5-də Kolumbiyanın “Caracol” radiosuna bildirib.

Bu il həm də Marquez-in Nobel mükafatı almasının 30 ili tamam olur.

“Yüz ilin tənhalığı” romanı indiyəcən 35 dilə tərcümə edilib və dünyada 30 milyon nüsxə satılıb.

Əsər bu yaxınlarda Azərbaycan dilində də çap edilib.

Garcia Marquez 1927-ci il martın 6-da Kolumbiyanın Aracataca şəhərində anadan olub.

Amma xeyli müddətdir ki, Meksikada yaşayır.

O son romanını 2004-cü ildə yazıb: “Mənim hüzünlü fahişələrim”.

Ömrünün ahıl çağında xərçənglə də mübarizə aparmalı olmuş yazıçı son illər cəmiyyət içinə az-az çıxır.

“O özünü bir az zəif hiss edir” – deyə ədəbi agenti bildirib.

Frans-press-ə istinadla oxuzalı.az.
XS
SM
MD
LG