171 ölkədə vəziyyətdən bəhs edən hesabatda qeyd edilir ki, Azərbaycan silahlı qüvvələri sovet modelindən çıxmaqda uğurlar əldə edib. Amma avadanlıqlarla təchizat sarıdan hələ qeyri-müəyyənlik var: “S-300 sistemləri də alınıb, amma təhlilçilər əmindirlər ki, belə avadanlıqlardan istifadə etmək sarıdan müəyyən problemlər hələ qalır.
Ordu çağırışçılar hesabına formalaşdırılır. Müxtəlif birliklərin döyüş hazırlıqları aşağı olaraq qalır” – deyə hesabatda yazılır.
Ehtiyatda olan polkovnik, keçmiş briqada komandiri İldırım Məmmədov hesabatda kadr çatışmazlığı barədə səslənən fikirlərlə qismən razı olduğunu deyir. Onun fikrincə, hazırda dünyanın əksər ordularında bu problem var, Azərbaycan da aldığı yeni silahların istifadəsini elə onu satan ölkələrdən öyrənir:
- Mən özüm bu yaxınlarda şahidi oldum ki, Rusiyada çağırışçılar vurma cədvəlini bilmirdilər. Yəni, Ermənistanda da, Gürcüstanda da, lap elə Rusiyada da bu problem var. Azərbaycan da aldığı yeni silahlardan istifadəni öyrənmək üçün təlimçilərə də pul ödəyir.
Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan ordusu haqqında sənəddə deyilir ki, bu ölkənin hərbi doktrinasında Rusiyanın təsiri çox güclü olsa da ölkə beynəlxalq sülhyaratma missiyalarında NATO ilə əməkdaşlıq edir. Əfqanıstanda hərbi qüvvələri var. Ordu çağırışçılardan təşkil edilsə də peşəkar zabitlərinin sayı artır:
“Hərbi hava qüvvələri tez-tez təchizat problemləri ilə üzləşir. Amma Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasından yardım ala bilir.” – deyə sənəddə qeyd olunur.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu hesabatında yalnız Ermənistan Respublikasının hərbi imkanları haqqında məlumat verilir. Qarabağdakı erməni qüvvələrinin nələrə sahib olduqları bildirilmir.
«Hərbi Balans 2012» hesabatında Azərbaycan və Ermənistan orduları haqqında verilən məlumatın qısa xülasəsi.
|
ORDUNUN STRUKTURU |
|
|
Azərbaycan |
Ermənistan |
2011 və 2012-ci illərdə müdafiə büdcəsi |
1.3 və 1.4 milyard manat. |
300 və 312 milyon manat. |
İmkanları
|
Silahlı qüvvələrin sovet modelindən çıxarılmasında uğurlar əldə edilib. Amma avadanlıqlarla təchizat sarıdan hələ qeyri-müəyyənlik var. Neft gəlirləri hesabına orduya ayrılan pullar da artırılıb. S-300 sistemləri də alınıb, amma təhlilçilər əmindirlər ki, belə avadanlıqlardan istifadə etmək sarıdan müəyyən problemlər hələ qalır.
Ordu çağırışçılar hesabına formalaşdırılır. Müxtəlif birliklərin döyüş hazırlığı aşağı olaraq qalır.
Azərbaycan NATO ilə müdafiə sahəsində əməkdaşlıq edir, xüsusilə Türkiyə ilə sıx əlaqələri var.
ABŞ-ın yardımları ilə də Xəzərdə hərbi-dəniz qüvvələrinin imkanlarını genişləndirir. |
Ermənistanın hərbi doktrinasında Rusiyanın təsiri çox güclü olsa da, ölkə beynəlxalq sülhyaratma missiyalarında da NATO ilə əməkdaşlıq edir. Əfqanıstanda hərbi qüvvələri var. 2011-ci ilin noyabrında NATO ilə Fərdi Əməkdaşlıq Planını imzalayıb.
Ordu çağırışçılardan təşkil edilsə də, peşəkar zabitlərin sayı artır.
Hərbi hava qüvvələri tez-tez təchizat problemləri ilə üzləşir. Amma Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasından yardım ala bilir. |
Şəxsi heyət |
66 940 (quru qoşunları 56 840, hərbi dəniz qüvvələri 2 200, hərbi-hava qüvvələri 7 900)
Yarımhərbi qüvvələr 15 000 |
48 834 (quru qoşunları 45 846, hərbi-hava qüvvələri 2 988)
Yarımhərbi qüvvələr 6 694 |
Hərbi xidmət müddəti |
17 ay, amma quru qoşunlarında bu müddət artırıla bilər. |
24 ay. |
Ehtiyat |
300 000
Bəzi məlumatlara görə, 300 000 nəfər 15 il ərzində hərbi xidmətə yararlı olur. |
210 000
Bəzi məlumatlara görə, 210 000
nəfər 15 il ərzində hərbi xidmətə yararlı olur. |
Quru qoşunları |
56 840 |
48 834 |
Xüsusi qüvvələr |
1 alay | |
Komanda |
5 korpus baş qərargahı | |
Manevr |
Mexanikləşdirilmiş 23 briqada və 1 təhlükəsizlik briqadası. |
Mexanikləşdirilmiş 5 korpus və 1 müstəqil kəşfiyyat, təlim briqadası. |
Döyüşə dəstək |
Rabitə, mühəndis, təlim də daxil olmaqla 6 artilleriya briqadası. |
Rabitə, mühəndis, havadan müdafiə də daxil olmaqla 2 briqada, 5 alay. |
Xidmət |
1 təchizat briqadası |
|
Texnika
|
Əsas döyüş tankları – 339 Piyadaların döyüş maşını – 111 Zirehli nəqliyyat vasitəsi – 357 Artilleriya qurğusu - 458 |
Əsas döyüş tankları – 110 Piyadaların döyüş maşını – 104 Zirehli nəqliyyat vasitəsi – 136 Artilleriya qurğusu - 239 |
|
Bundan başqa, ordunun ixtiyarında anti-tank, raket, hava hücumundan müdafiə qurğuları, raketlər, radarlar və s. də var. |
Ordunun ixtiyarında həmçinin özüyeriyən, qoşqulu artilleriya qurğuları, radar sistemləri var. |
|
|
|
Hərbi-dəniz qüvvələri |
2 200 |
|
Patrul və sahil mühafizə gəmiləri |
8 |
|
Minalara qarşı avadanlıqlar |
4
|
|
Amfibiya |
6 |
|
Təchizat və dəstək |
2 |
|
|
|
|
Hərbi-hava qüvvələri |
7 900 |
2 988 |
|
« MiG-29» təyyarələri ilə 1 eskadrilya. |
|
Quru hücum |
«MiG-21», «Su-17» və başqa təyyarələrlə silahlı 1 alay. |
«Su-25» təyyarələri ilə silahlı 1 eskadrilya. |
Nəqliyyat |
« An-12» , « Yak-40» təyyarələri ilə 1 eskadrilya. |
|
Hücum və nəqliyyat vertolyotları |
« Mi-8» , « Mi-24» , « Mi-2» vertolyotları ilə 1 alay. |
|
Təyyarələr |
44 döyüş qabiliyyətli təyyarə |
16 döyüş qabiliyyətli təyyarə |
Vertolyotlar |
66 |
33 |
|
Hərbi hava qüvvələrinin ehtiyatında pilotsuz təyyarələr, yer-hava tipli raketlər, hava hücumundan müdafiə qurğuları və s var. |
|
Yarımhərbi birliklər |
15 000 |
6 694 |
|
|
|
Yerləşdirmə |
Qoşunların xarici məkanlara yerləşdirilməsi: Prezidentin təklifi ilə parlamentin qərarı əsasında. |
«Ermənistan Respublikasının Müdafiəsi haqqında» qanuna görə, prezident xaricdə hərbi qüvvələrdən istifadə haqqında qərar verir və parlament də onu təsdiq edir. |
Xaricdə sülhməramlı qüvvələr |
Əfqanıstanda NATO qüvvələrinin tərkibində - 94 nəfər. |
Əfqanıstanda NATO qüvvələrinin tərkibində - 126 nəfər.
Bosniyada 2 nəfər.
Serbiyada 56 nəfər.
Kosovoda 1 nəfər. |
Ölkədə xarici qüvvələr |
ATƏT-in 5 nəfərlik təmsilçisi. |
ATƏT-in 5 nəfərlik təmsilçisi.
Bundan başqa, Gümrüdə Rusiyanın 3 303 nəfərlik hərbi bazası, Yerevanda hərbi hava qüvvələri yerləşir. Bu hərbi-hava bazasının 18 «MiG-29» təyyarəsi, S-300 raketdən müdafiə sistemləri və SA-6 tipli raketdən müdafiə sistemləri var. |