Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin açılış matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
O, mərkəzi arenada yenidənqurma işlərinin davam etdiyini bildirməklə yanaşı, yeni tikilən stadionlar haqda da fikirlərini söyləyib:
«Son 8 ildə ölkədə 76 stadionun tikilib. Daha 3 stadionun tikintisi isə davam edir. 65 minlik olimpiya stadionu ilə yanaşı, 8 km qəsəbəsində 12 minlik və «20-ci sahə» ərazisində 5 minlik meydançalar may ayında təhvil veriləcək».
Dünya çempionatı sentyabrın 22-dək oktyabrın 13-dək keçiriləcək. /apa/