«Eurovision 2012» mahnı müsabiqəsinə biletlərin qiymətini yarışmanı keçirən yayımçı - İctimai Televiziya müəyyənləşdirir. Avropa Yayım Birliyinin tələbi odur ki, qiymətlər müxtəlif səviyyədə - biletlərin azı 1/3-i beynəlxalq bazar, 2/3-si isə yerli bilet alıcıları üçün çatımlı olsun».
Bunu «Eurovision 2012»nin təşkilati rəhbəri Sietse Bakker AzadlıqRadiosunun «Eurovision» biletlərinin qiyməti müəyyənləşdirilərkən yerli əhalinin maaşının nəzərə alınıb-alınmamasına dair sorğusuna cavabında bildirib.
QİYMƏTLƏR CİBƏ UYĞUNDUR
S.Bakker ötən illərin mahnı müsabiqələri ilə Bakı-2012-də biletlərin qiymətini də müqayisə edir:
S.Bakker bildirir ki, «Eurovision» mahnı müsabiqəsinə gələn hər kəs 2.5 saatlıq yarımfinal və 3.5 saatlıq final şoularında olur:
«Madonna və ya Lady Gaga kimi pop ulduzların daha qısa konsertləri ilə müqayisədə (bu konsertlərdə qiymətlər adətən €100- €200 yaxud daha bahadır) «Eurovision» biletləri daha münasibdir. Bu qiymətlər müxtəlif maliyyə imkanı olan şəxslərə «Eurovision» müsabiqəsinin canlı şoularında yaxud məşqlərində iştirak üçün şərait yaradır».

Yarımfinallar + Əsas Məşq | Final + Əsas Məşq | Hər şou üçün bilet sayı | |||
Ucuz | Baha | Ucuz | Baha | ||
Moskva - 2009 | € 18 | € 445 | € 22 | € 667 | 20000 |
Oslo - 2010 | € 38 | € 75 | € 100 | € 200 | 18000 |
Düsseldorf - 2011 | € 29 | € 119 | € 89 | € 189 | 32000 |
Bakı - 2012 | € 30 | € 150 | € 60 | € 240 | 17000 |
Biletlərin orta qiyməti | € 29 | € 197 | € 68 | € 324 |