Beş ildir fəaliyyət göstərən rusdilli Kultura.az mədəniyyət və incəsənət portalının azərbaycandilli versiyası fəaliyyətə başladı.
Səhifənin rəhbəri yazıçı Əli Əkbər oxuzali.az-a bildirib ki, "populyar, yüksək reytinqli sayt olmaq iddiasında deyilik. Reallıqla hesablaşırıq. Heç bir oliqarx, məmur, messenat qarşısında öhdəliyimiz yoxdur".
Əli Əkbər əlavə edib ki, Kultura.Az portalında İslam və bütün dinlər toxunulmazdır.
“Allahın, peyğəmbərlərin, kitabların, dini atributikanın, dəyərlərin lağa qoyulmasına tabu qoymuşuq. Dinlərin və dindarların etik çərçivədə, əsaslandırılmış şəkildə tənqidinə açığıq. Dini-fəlsəfi məzmunlu yazıları dərc etməyə də hər zaman hazırıq. Sağlam polemika mühiti yaratmaq istəyirik”.
Saytının daimi müəlliflərindən Rəhman Bədəlovun, Fərəc Qarayevin, Seymur Baycanın, Firudin Allahverdinin adını çəkən yazıçı maliyyə məsələsində də toxunub:
“İlk addımı atmaq üçün qəpik-quruş tapmışıq. Təbii ki, bəs eləmir. Kömək etmək istəyənlərin yardımlarını məmnuniyyətlə qəbul etməyə hazırıq. Qonorarlar simvolik xarakterli olacaq”