«Biz məmurlardan tələbkarlıq tələb edəndə, onun maaşına da diqqət yetirməliyik».
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında keçmiş deputat, iqtisadçı Nazim Məmmədov deyib. O, bildirib ki, məmurun iştahının azalması üçün kompleks yanaşma lazımdır:
«İlk növbədə məmur vəzifəyə təyin olunan zaman ictimaiyyət onun gəlirləri haqda, yəni həmin vaxta qədər olan əmlakı və gəlirləri haqda məlumatlı olmalıdır. Gəlir deklarasiyası vasitəsilə ictimaiyyət bilməlidir ki, bu məmur hər hansı vəzifəyə təyin olunana qədər nəyə sahib idi. İkincisi, məmurun maaşı onun yaşam tərzinə, tutduğu vəzifəyə adekvat olmalıdır. Biz məmurlardan tələbkarlıq tələb edəndə, onun maaşına da diqqət yetirməliyik».
Nazim Məmmədovun fikrincə, icra hakimiyyəti orqanlarında çalışan məmurların maaşı olduqca aşağıdır, onların yaşam tərzinə adekvat deyil:
«Baş nazir 2500 manat maaş alır. Nazirlər orta hesabla 2000, deputatlar 1800 – 2000 arası, icra hakimiyyəti başçıları 1200-1500 manata qədər maaş alırlar. Bu, çox aşağı maaşdır. Biz korrupsiyaya qarşı mübarizədən danışdıqda, ilk növbədə məmurun maaşı və qanunlara riayət etməsi göz önünə gəlir. Kompleks addım dedikdə, onun maddi təminatından tutmuş hüquqverici aktlara qədər onun imkanlarını və ictimai nəzarəti düşünməliyik».
«MƏMURLARIN MAAŞI KİFAYƏT QƏDƏR YÜKSƏKDİR»
FAR Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə isə hesab edir ki, Azərbaycanda məmurların maaşları kifayət qədər yüksəkdir:
«Başqa ölkələrlə müqayisədə əvvəl aşağı idi, sonradan qaldırdılar. Bizdə indi orta aylıq əməkhaqqı 300-400 manatdırsa, deputat ondan 4-5 dəfə çox alır. Başqa ölkələrdə elə şey yoxdur. Kim 2000 manat alırsa, bu, Azərbaycan üçün çox böyük puldur. 2000 manat 2500 dollar edir. Bu adamlar vergi, ev kirayəsi, sığorta, sosial müdafiə pulu vermirlər. Odur ki, bizim indiki məmurların maaşı kifayət qədər yüksəkdir. Bu maaşı biz 5 dəfə də artırsaq, o yığılan rüşvətlərdən yenə aşağı olacaq».
Hikmət Hacızadə deyir ki, məmur iştahını cilovlamaq üçün ilk növbədə demokratik ölkə qurulmalıdır:
«Biz demokratik ölkə deyilik. Bizdə seçki yoxdur ki, hakimiyyət düzgün davranmırsa, seçki yolu ilə başqasını seçək. Hakimiyyət bölgüsü, söz azadlığı yoxdur, jurnalistlərə basqı var. Məhkəmələr azad deyil. Bizə bunlar lazımdır. Demokratiya lazımdır».
Verilişi tam olaraq buradan dinləyin:
Bəs siz nə fikirləşirsiniz? Sizcə, məmur iştahını cilovlamaq üçün nə etmək lazımdır? Fikirlərinizi bura yaza bilərsiniz.