Quba hadisələri ilə əlaqədar saxlanılan «Xəyal» televiziyası əməkdaşlarından biri - texniki direktor Vahid İbrahimov martın 17-də sərbəst buraxılıb.
Televiziyanın baş redaktoru Zaur Quliyevin evində isə polis axtarış aparıb.
Bu barədə AzadlıqRadiosuna onun atası Musafəddin Quliyev məlumat verib.
O deyir ki, evlərindən polisi maraqlandıran heç bir şey tapılmayıb.
M.Quliyev oğlunun harada saxlanmasından da xəbərsiz olduğunu deyir:
«Deyirlər onu Bakıya aparıblar, amma mən ötən gün Bakıda oldum, onu heç yerdə tapa bilmədim. Bilmirik onu hara aparıblar».
QUBADAKI TELEKANALIN 5 ƏMƏKDAŞININ SAXLANMASI HAQQINDA XƏBƏRLƏR VAR
Qubanın «Xəyal» televiziyasının icraçı direktoru Vüqar Qonaqov, baş redaktor Zaur Quliyev, menecer Zaur Mustafayev, montajçılar Vahid İbrahimov və soyadını bilmədiyimiz İslamın saxlanılması haqda məlumatlar gəlir.
Saxlananların Bakıya gətirildiyi bildirilir.
Zaur Quliyevin atası Musafəddin Quliyev AzadlıqRadiosuna məlumatı təsdiqləyib. Oğlunun martın 13-də saxlanıldığını deyib. Amma onun niyə, hansı qurum tərəfindən saxlanmasından və hara aparılmasından xəbərsizdir. Bircə onu deyir ki, oğlu səhər işə gedib. Onu iş yerindən aparıblar:
«Mən xəstəyəm, bilmirəm neyləyim. Xəbər çıxmasa, Bakıya gedəcəm».
Zaur Mustafayevin qardaşı da məlumatı təsdiqlədi. Onun martın 14-də saxlandığını dedi. Amma o da qardaşının niyə saxlandığını, hara aparıldığını bilmir:
«Biz bilmirik nə baş verir».
Vüqar Qonaqovun mobil telefonuna zəng etdik. Amma telefona zəng çatmır.
Yerli mənbələr həmin şəxslərin noyabrın 22-dəki iclasdakı videoçəkilişə görə saxlandıqlarını deyirlər. Həmin iclasda sabiq icra başçısı Rauf Həbibov yerli sakinlərin ünvanına təhqiramiz ifadələr işlətmişdi. Hadisədən bir neçə ay sonra bu görüntü internetdə yayılmış və yerli əhali küçələrə çıxaraq etiraz etmişdi. Bu etirazlardan sonra icra başçısı işdən uzaqlaşdırılıb. 5 nəfər isə saxlanılıb və cinayət işi açılıb.
Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə son həbslərlə bağlı gələn məlumatı nə təsdiqlədi, nə təkzib etdi. Bircə bunu dedi ki, Quba hadisələriylə bağlı əlavə məlumat veriləcək.