Martın 27-də "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyi açıqlanır (ƏTRAFLI).
İlqar Kamil
DOĞMA YALAN ...
Sənə güclüyəm deyəndə
aciz idim mən,
çox aciz
Sənə yaxınam deyəndə
sonu gözlə görünməyən-
yollar qədər uzaq idim.
Sənə qorxma dediyimdə
özüm tir-tir əsirdim mən.
Sənə ümüd bəxş edəndə
bilirsənmi,
əlimdə bir iti bıçaq
ümüdümü “kəsirdim” mən.
Sənə ağlama deyəndə
hönkürtüdən
içimdə tufan var idi
Göz yaşlarını siləndə
öz gözümdə qan var idi.
Sənə gözəlsən deyəndə
kor idim mən-
gözüm görmürdüki mənim
Sənə ürəyim deyəndə
qəlbim vurmurduki mənim.
Sənçün dağları “dələn” mən
özüm çoxdan dağılmışdım
dəryaları “ram” edərkən
haçandır ki, boğulmuşdum
Hər şey adi yalan idi
su kimi təmiz bir yalan
Acı həqiqətdən şirin,
doğma
və əziz bir yalan...
SƏNDƏ ELƏ XOŞBƏXTƏM Kİ...
Ürəyim əlimdən tutub,
balaca bir uşaq kimi
çimdikləyə-çimdikləyə
Sənə gətirib məni...
Qarnım ac,
qəlbim qırıq
Ayağımda köhnə çarıq,
kirli şalvar, yırtıq köynək
sənə gəlib çıxanadək,
bu zavallı, yazıq ürək
min dəfə itirib məni.
Ürəyim əlimdən tutub,
balaca bir uşaq kimi
çimdikləyə-çimdikləyə
Sənə gətirib məni...
Səni görəndən dəyişib-
dünyanın ağı-qarası
halvalarım şirinləşib,
sularım da sərinləşib...
Qəribədir, axı nədən
Qüssəsi, dərdi üzündən,
hər gün ölümün diləyən,
həyatımdan bezikən mən,
səni tanıyandan bəri
daha heç ölməyim gəlmir...?!
Səndə elə xoşbəxtəm ki,
vallah min il keçsə belə
Özümə “gəlməyim” gəlmir...
....Yalvarıram
Qoyma qayıdım geriyə,
dönüm həmənki sürüyə...
Qapınızda yatım, qalım,
istərsən lap döy,
vur məni.
Geri dönə bilməməkçün
küçənizdə azdır məni...
Axı neynəyim mən yazıq?
Belə şip-şirin röyanı
yarıda bölməyim gəlmir.
Səndə elə xoşbəxtəm ki,
səni tərk edib, getməyim,
özümə “gəlməyim” gəlmir...
İlqar Kamil
DOĞMA YALAN ...
Sənə güclüyəm deyəndə
aciz idim mən,
çox aciz
Sənə yaxınam deyəndə
sonu gözlə görünməyən-
yollar qədər uzaq idim.
Sənə qorxma dediyimdə
özüm tir-tir əsirdim mən.
Sənə ümüd bəxş edəndə
bilirsənmi,
əlimdə bir iti bıçaq
ümüdümü “kəsirdim” mən.
Sənə ağlama deyəndə
hönkürtüdən
içimdə tufan var idi
Göz yaşlarını siləndə
öz gözümdə qan var idi.
Sənə gözəlsən deyəndə
kor idim mən-
gözüm görmürdüki mənim
Sənə ürəyim deyəndə
qəlbim vurmurduki mənim.
Sənçün dağları “dələn” mən
özüm çoxdan dağılmışdım
dəryaları “ram” edərkən
haçandır ki, boğulmuşdum
Hər şey adi yalan idi
su kimi təmiz bir yalan
Acı həqiqətdən şirin,
doğma
və əziz bir yalan...
SƏNDƏ ELƏ XOŞBƏXTƏM Kİ...
Ürəyim əlimdən tutub,
balaca bir uşaq kimi
çimdikləyə-çimdikləyə
Sənə gətirib məni...
Qarnım ac,
qəlbim qırıq
Ayağımda köhnə çarıq,
kirli şalvar, yırtıq köynək
sənə gəlib çıxanadək,
bu zavallı, yazıq ürək
min dəfə itirib məni.
Ürəyim əlimdən tutub,
balaca bir uşaq kimi
çimdikləyə-çimdikləyə
Sənə gətirib məni...
Səni görəndən dəyişib-
dünyanın ağı-qarası
halvalarım şirinləşib,
sularım da sərinləşib...
Qəribədir, axı nədən
Qüssəsi, dərdi üzündən,
hər gün ölümün diləyən,
həyatımdan bezikən mən,
səni tanıyandan bəri
daha heç ölməyim gəlmir...?!
Səndə elə xoşbəxtəm ki,
vallah min il keçsə belə
Özümə “gəlməyim” gəlmir...
....Yalvarıram
Qoyma qayıdım geriyə,
dönüm həmənki sürüyə...
Qapınızda yatım, qalım,
istərsən lap döy,
vur məni.
Geri dönə bilməməkçün
küçənizdə azdır məni...
Axı neynəyim mən yazıq?
Belə şip-şirin röyanı
yarıda bölməyim gəlmir.
Səndə elə xoşbəxtəm ki,
səni tərk edib, getməyim,
özümə “gəlməyim” gəlmir...