Filosof Niyazi Mehdi xatirlayır ki, Bakı Dövlət Universitetində oxuyarkən onlara sovet lideri Brejnevin Bakıya gəlişinə hazırlaşmağı tapşırırlar.
Tələbələr hava limanı yolu boyunca düzülməli və Brejnevin maşını görünən kimi milli rəqslər ifa etməli idilər.
Bu məsuliyyətli missiyaya hazırlıq məşqləri üçün tələbələri dəfələrlə yol qırağına düzüblərmiş. Brejnevin karteji "rolunu" isə bir qara "Volqa" "ifa edirmiş".
"Volqa" tindən burulub onlara tərəf yön alan kimi tələbələr rəqs etməyə başlayırmış.
Brejnev o il Bakıya gələsi olmasa da, Niyazi Mehdi deyir ki, o vaxtdan bəri harda qara "Volqa" görürsə, qol götürüb oynamaq istəyir...
***
Yazıçılar İttifaqının katibi Rəşad Məcid, rejissor Şahin Sinariya və Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı gənc yaşlarında Sankt Peterburqdakı kafelərin birində oturublarmış.
Şahin Sinariya və Arif Hacılı aramsız şəkildə çay içə-içə kino mövzusunda qızğın mübahisə edirlərmiş. Mövzu da dahi rus rejissoru Tarkovskinin filmləri imiş.
Rəşad Məcid ha gözləyir ki, bunların mübahisəsi kəssin, yemək sifariş etsinlər.
Mübahisə isə əksinə daha da qızışır. 1 saat, 2 saat, 3 saat...
Axırda Rəşad Məcid dözməyib yumruğunu var qüvvəsi ilə stola çırpır, ayağa durub bağırır:
- Ə, nə Tarkovski? Maa ət verin! Araq verin!..
***
İş vaxtı qurtarır. "Ədalət" qəzetinin bir neçə müxbiri yaxınlıqdakı kafeyə gedib ağır iş günündən sonra "stressi çıxarmaq", bir az "boğazlarını yaşlamaq" qərarına gəlir.
Hərçənd maaş ləngidiyindən pul o qədər azdır ki, tərəddüd edirlər.
Amma axırda qərara gəlirlər ki, getsinlər...
Kafe sahibi bir dəstə bazburtlu adamın gəldiyini görüb əl-ayağa düşür, "yağlı" klientlərin stoluna özü yanaşır, nəzakətlə nə sifariş edəcəklərini soruşur.
Qonaqların arasında ən zəhmlisi - keçmiş batalyon komandiri, heç yerdə iş tapa bilmədiyindən baş redaktor Aqil Abbasın qəzetə işə götürdüyü A. T. yumruğunu havada açıb beş barmağına baxa-baxa deyir:
- Bizə 5 dənə araq!..
- Mənim gözüm üstə, sonra...
- Beş dənə də yumurta!