Jurnalistləri Müdafiə Komitəsi (JMK) İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir ki, Komitə Azərbaycanda jurnalist həbslərinin son dalğasına görə ciddi narahatlıq keçirir.
«Ən azı 6 jurnalisti dəmir barmaqlıqlar arxasında saxlamaqla Azərbaycan indi mətbuatı dustaq olan 10 ölkədən biridir: o, Özbəkistandan bir addım qabaqda, Efiopiyadan bir addım geridədir. Özü də bu vəziyyət dünyanın gözünün Azərbaycana dikildiyi bir vaxtda – «Eurovision» Mahnı müsabiqəsi öncəsi davam edir».
Komitə məktubunda İlham Əliyevi islahatlara dəvət edir:
«Sizin hökumət yarışma öncəsi öz imicini düzəltmək və gələcək qonaqlara cəlbedici etmək üçün zəruri resurslardan istifadə edib. Bununla belə, biz hesab edirik ki, əgər hökumət ölkədəki azad səsləri boğmağa davam etsə, bu cəhdləriniz faydasızdır. Biz düşünürük ki, sistemli islahatlar aparmaqla siz Azərbaycanda mətbuat azadlığının get-gedə pisləşməsinin qarşısını ala bilərsiniz».
JMK İlham Əliyevə həbsdə olan jurnalistləri – «Xural» qəzetinin redaktoru Əvəz Zeynallı, jurnalisti Aydın Canıyevi, «Səhər» TV-nin müxbiri Anar Bayramlı və onun sürücüsü Ramil Dadaşovu, «İslam-Azeri» saytının redaktoru Ramin Bayramovu, Regional televiziya olan «Xəyal» TV-nin direktorları Zaur Quliyev və Vüqar Qonaqovu xatırladıb.
Təşkilatın icraçı direktoru məktubun sonunda İlham Əliyevdən cavab gözlədiklərini də qeyd edib.