...Gerçəkçi olmaq lazımdır, Nazim Hikmətin və ya Yəhya Kamalın dövründən danışmıram, Bu gün şeirdən başqa heç nə yazmadan ünlü olmaq mümkün deyil. Bir neçə nəfər istisna ola bilər. Ümumiyyətlə, şeir populyar sənət janrı deyil...
Səlim Babullaoğlu tanınmış türk şairəsi, rəssamı, fotoqrafı Yeşim Ağaoğlu bu söhbəti 3 il əvvəl edib və müsahibə onun "Ədəbi söhbətlər" kitabında da dərc edilib. Türk dünyasının böyük oğlu, əslən azərbaycanlı Əhməd bəy Ağaoğlunun şəcərəsinin davamçısı olan Yeşim xanım indi yenidən Bakıdadır, aprelin 9-da saat 14 00-da "Dünya ədəbiyyatı" dərgisinin təşkilatçılığı ilə AYB-nin Natəvan klubunda onunla görüş də olacaq. Maraqlananlar dəvətlidir.
– Gərək ki, beş yaşından şeir yazmağa başlamısız...
– Onda yazıb oxumaq bilmirdim.
– Yəqin söyləmisiniz, kimsə yazıb.
- Elədir.
– Beş yaşında yazdıqlarınızdan yadınızda olanı varmı?
– Yox, yazmağı öyrəndikdən sonra yeddi yaşımda yazdığım şeirləri saxlayıram.
...Əslən Azərbaycanlı olan, məşhur Ağaoğlular familiyasının daşıyıcısı, Əhməd bəy Ağaoğlu şəcərəsinin davamçısı Yeşim Ağaoğlu təkcə yeni türk şeirinin deyıl, ümumiyyətlə yeni türk sənətinin nümayəndəsidir.
O, İstanbul doğumludur. İstanbul Universiteti ədəbiyyat fakültəsində arxeologiya bölümündə oxuyub. Sonra kinematoqrafiya təhsili alıb. 18 yaşından Türkiyənin çox müxtəlif dərgilərində şeirləri dərc olunub.
Azərbaycanda da həm ana dilimizdə, həm də rus dilində şeir kitabları nəşr olunub. Varşavada, Daşkənddə, Nyu Yorkda, Sofiyada və başqa şəhərlərdə sənət festivallarında iştirak edib. Bakıda bir neçə dəfə olub, festival və art-layihələrə qatılıb, eyni zamanda məşhur instalyatordur. Türkiyə Pen Mərkəzinin və BESAM İdarə Heyətinin üzvüdür. 6 şeir kitabının müəllifidir.
– Bir müsahibədə «yaşınız nə qədər kiçiksə şiddətə qarşı o ölçüdə duyarsız ola bilərsiniz» demisiniz. Doğrudanmı belədir?
– O zaman mənə şeirlərimi oxuyub təhlil edən gənc bir ədəbiyyatçı şeirlərimdə zorakılığa meyl gördüyündən belə bir sual vermişdi. Mən də dedim ki, elədir, amma bunlar xüsusən erkən dövrdə yazdığım şeirlərə aiddi. Onları 18-20 yaşlarımda yazmışdım. Amma indi mənim daha sonra yazdığım şeirlərə baxılarsa, orada yumşalmanı görmək olar.
Kiçikkən qorxulu filmləri çox izlərdim, heç qorxmazdım. Şiddət səhnələri olan filmlərə baxmağı xoşlayardım, hətta atam məni karate filmlərini izləməyə götürərdi. O zaman Amerikada boks çempionu Məhəmməd Əli vardı. Hətta səhər erkəndən, Türkiyə vaxtıyla səhər saat beşdə oyanıb atamla canlı matçları seyr etdiyimi xatırlayıram. Amma indi heç elə deyiləm, qorxulu filmləri izləyə bilmirəm, ən kiçik zorakılıq səhnəsinə belə baxa bilmirəm.
– Bu, şiddəti, zorakılığı anladığınızdandır?
– Elədir, məncə. Məsələn, orada da söylədiyim kimi, Qurban bayramında qurban kəsilirdi. Çoçuqkən həmişə seyr edərdim, heç pis olmazdım. İndi hər hansı şəkildə qan səhnəsinə baxa bilmirəm. Bu həm anlamaqdandır, həm də yəqin, şiddət televiziyonun və medianın yayılması ilə o qədər girdi ki həyatımıza...
– Yəni, sıradan, adi bir şeyəmi çevrildi?
– Yox, sıradan bir şey olsa, tam tərsinə, yenə də baxardım. Amma baxa bilmirəm, axı. Bilmirəm, bəlkə xarakterim dəyişdi. Bu təkcə mənə xas bir şey idi, yoxsa ümumiyyətlə, bütün uşaqlar belə olur, bunu deyə bilməyəcəm...
– O da var, bu da var, məncə. İlk kitabınız çıxanda neçə yaşındaydınız?
– İlk kitabım – «Yanlışlar şəhərində randevü» nəşr olunanda 30 yaşım vardı. Amma burada 18-20 yaşında yazdığım şeirlər toplanıb. Yəni, belə deyim, 18-20 yaşında yazdığım şeirləri 30 yaşımda kitab şəklində çap etdirmə fürsəti tapdım.
– Kitablarınızın bəzilərində səhifə sırası qeyd olunmur. Əvəzində şeirlərin yazılma tarixi var. Bunu bilərəkdən etdiniz?
– Şeirlərin üzərində onların yazı tarixlərin olmasını mən istədim.
– Yəni, kitabınızda səhifələrin sıra nömrəsi göstərilməməsini?..
– Bu, «Liman» yayın evinin formatı ilə bağlıdır.
– Yeri gəlmişkən, son kitabınız orda nəşr olunub?
– Xeyr.
– Hər halda, məndə olan kitablarınızın beşi bu nəşriyyatda çap olunub.
– Beş kitabım orada çıxdı. Zatən, üç şeir toplum eyni anda «Liman»da basıldı. Ikinci kitabdan sonra üçü eyni vaxtda nəşr olundu. İzah edim, çox kiçik yaşlardan şeir yazmağa başladım, 18 yaşından ədəbiyyat dərgilərinə göndərməyə başladım. Amma kitab şəklində yayınlanma imkanını gec əldə etdiyim üçün üç kitabı eyni vaxtda çıxardım. O şeirlər onsuz da çox gözləmişdilər, bir az da artıq gözlətmək istəmədim. Zatən bu təklif mənə yayın evindən gəlmişdi.
– Son kitabınız nə zaman çıxdı?
– Ən son kitabım 2007-də «Əflatun sirr» «Yetik ülkə»də nəşr olundu.
– Sizi belə təqdim edirlər: bir dəfə sizin şeirlərinizi oxuyan kəs sonrakılarda artıq bu şeirlər Yeşimindi deyə bilər. Sizin digər cağdaş türk şairlərindən üslub fərqiniz nədədir?
– Vallah, bəlkə də, bunu mənim söyləməyim düz olmaz
– Hər halda, siz nəyi hiss edirsiniz?
– Kaş ki bunu başqalarından soruşaydınız. Amma indi bu imkan yoxdu. Mənə bunu çox adam söyləyib. Şeirlərimi bəyənib təqdir etmək istəyən insanlar hər zaman belə deyirlər. Çünki üslub, hər bir şairdə çox önəmli məsələdir. Məncə, bu fərq görsəllikdə, vizuallıqdadı. Mən görünən şeirlər yazıram. Bu mənim fikrimdi, bəlkə, başqası başqa cür deyərdi.
– Erkən yazdığınız şeirlərdə də belədir?
– Həmişə belə olub. Bunu ilk dəfə Atilla İlhan kəşf etdi. On səkkiz yaşındaykən çox böyük, tanınmış və mənim çox sevdiyim şair Atilla İlhanla görüşmək imkanım oldu. O mənim həmin vaxt yazdığım şeirləri götürmüşdü. Mənə belə bir sual verdi: «Sən bu şeirləri yazarkən yazdığın şeyləri görürsənmi?». Mən o zamanadək bunu düşünməmişdim, bir az düşündüm və «görürəm» dedim. O söylədi ki, sən çox görsəl şeirlər yazırsan, istəsən roman yaza, ya da kino ilə məşğul ola bilərsən. Roman yazmadım. Televizyonda sinema ilə bağlı təhsil aldım. İndi də görsəl, vizual sənət məsələləri ilə uğraşıram. Sərgilərdə mənim işlərimi görən sinemaçılar «şəkillərin nə qədər sinematoqrafik» deyirlər. Demək, məndə bir görsəllik var.
– Sizin bir müsahibənizdə 18-25 yaşadək yazdığınız şeirlər barədə danışanda belə bir cümlə işlədirsiniz ki, digər sənətlərlə tanış olduqdan sonra şeirləriniz də dəyişdi. O sənətlərin xüsusiyyətləri ilə tanış oldunuz və bu nüansları şeirinizə gətirdiniz, ya necə? Şeirinizdə nə dəyişdi?
– Sənətin içində olmağa otuz yaşımdan sonra başladım. Mən sənəti bir bütün olaraq görürəm, mənim gözümdə şeir də belədir. Duyum eynidir. Yəni bir rəssamın duyarlığını anlaya bilərəm, ya da bir rəssam mənim düşündüklərimi anlaya bilər. Mənim üçün coçuqluğumdan bəri həyatımda ən önəmli şey sənətdir. Memar deyiləm, amma memarlığı çox sevirəm, yazdığım şeirlərdə də, sənət işlərimdə də memarlıqdan çox istifadə edirəm. Özüm rəqs etməyi heç xoşlamasam da, balet mənim üçün çox önəmli. Bütün bunlar, həm də sinema, şeirimə çox təsir edir. Bəlkə də, bu üzdən – digər görsəl sənətlərdən təsirləndiyim üçün şeirlərim də çox vizualdır.
– Şeirin Allah vergisi olduğuna inanırsınız. Deməli, Allaha inanırsınız...düz deyirəm?
– İnanıram.
– Həyatınızda bu inanc özünü necə büruzə verir? Şeiri nəzərdə tutmuram.
– Çox hirsli, qəzəbli deyiləm. Əgər bir şeyə çox inanırıqsa və qəlbimizi təmiz tutub bunun üçün çalışırıqısa, o şey olur. Buna görə özünü məhv etməyə, aşırı hirslənməyə, övkələnməyə gərək olmadığına inanıram. Bu inam həyatda insana rahatlıq gətirir. Halbuki, inancın olmadığı halda hirslənirsən. Məsələn, mən on səkkiz yaşında yazdığım şeirləri otuz yaşında dərc etdirdiyimdə özümü çox şanssız sanırdım. Düşünürdüm ki, onları bu qədər ildir yazmışam, hələ də yayınlaya bilmirəm, bax, yaşlanıram, hələ də ünlü ola bilməmişəm. Amma Allaha, Yaradana inanırsansa və için təmizdirsə, bir gün su yolunu tapır.
– Bir şair, ədəbiyyatçı üçün ünlü olmaq nə qədər gərəklidir? Məsələn, Orxan Pamuk Nobel nitqində özünə «nə üçün yazıram?» sualını verir. Onun cavabları arasında belə bir cümlə də var: «kitablarımın oxunması və ünlü olmaq üçün yazıram».
– Gerçəkçi olmaq lazımdır, Nazim Hikmətin və ya Yəhya Kamalın dövründən danışmıram, bu gün şeirdən başqa heç nə yazmadan ünlü olmaq mümkün deyil. Bir neçə nəfər istisna ola bilər. Ümumiyyətlə, şeir populyar sənət janrı deyil.
– Eyni zamanda sayqıdəyər janrdır.
– Elədir. Amma bu sənə o qədər də çox ün gətirmir. Çox hörmət gətirir, o da bəlli. Amma konkret bir çərçivədə, camiədə. Bu çevrədən kənara çıxan zaman səni onsuz da kimsə tanımır. Mən öz nümunəmdən danışım, nəyi seçdimsə, heç populyar olmadım. Arxeoloji oxudum. Bu çox önəmli, amma Türkiyə kimi ölkələrdə heç dəyəri bilinməyən məsləkdi. Şeir Türkiyədə də, Şərqdə də çox sevilir, amma onun da populyar olma çevrəsi çox məhduddur. İndi məşğul olduğum sənətlər – çox məhdud çevrənin bildiyi şeylərdir. Dolayısı ilə bunu söyləmək istəyirəm, çox tanınmış olmaq mənim üçün heç bir zaman önəmli olmadı. Yəni bunun üçün cəhd göstərmədim, bəlkə, göstərsəydim, olardım da. Təbii, istəyirəm ki, kitablarıma baxsınlar, onları buna görə çıxarıram. İstəyirəm ki, əsərlərimlə sərgilərə qatılıram. Amma bunu hər kəs məni sevsin deyə etmirəm. Bu mənimlə eyni duyarlığı paylaşan insanlar üçündür. Hamı mənim şeirlərimi sevmək zorunda deyil və sevə bilməz də. Böyük şairlər var ki, böyüklüklərini hiss edirəm, amma onları özümə yaxın bilmirəm. Mən hər kəs üçün yazmıram. Öncəliklə, özüm üçün yazıram.
– Oxucular şeirlərinizi həmişəmi anlayırlar? Anlamadıqları zamanlar oldumu?
– Yanlış deməyim, amma fərqli anladıqları olur. Məsələn, mən sevgi şeiri yazmışam, amma o şeirə çox böyük poetik anlamlar yükləyirlər. Bu, gözəldir. Mən kimsəni yönləndirmək istəmirəm. Qoy, hərə öz yorumunu versin. Mən onsuz da özümü açıqlayıb yazmışam, bunu təkrar-təkrar anlatmaq ki, bunu da yazmaq istəmişdim – bunu sevmirəm. Bir rəssamın, ya şairin mənə əsəri ilə bağlı açıqlama verməsinin marağında deyiləm. Mən özüm nə anlayıramsa, onu anlatmaq istəyirəm.
– Bəs, müəllif şərhləri. Yəni, demək istəyirəm ki, bəzən şeirin ən doğru mənasını onu yazan adam bilir, eləysə necə bilirsiz, müəllifin öz şeirini şərh etməyi nə qədər doğrudu?
– Mən bunu doğru saymıram.
– Məsələn, Atilla İlhan bunu edirdi, «meraklısı için notlar» deyə kitablarının sonunda şərhlər yazırdı...
– Bunu doğru olduğunu sanmıram. Elədir, zamanında mən də Atilla İlhanin «Maraqlı notlar»ını oxumuşam, onu insan və şair kimi sevdiyim halda deməliyəm ki, əslində şairin, sənətçinin bir az gizli qalmasının gərəkli olduğunu düşünürəm. Yazdığı bir şeiri oxuyub düşünürdüm ki, çox güclü bir eşq yaşayıb. Amma halbuki özü, «heç belə şey olmayıb» – deyirdi. Məsələn, bir qadını kafedə uzaqdan görüb ona şeir yazıb, o eşqi uydurub.
– Şeirdə və ümumən sənətdə erotizm nədir? Erotizm deyəndə siz nə anlayırsınız?
– Vallah, xüsusən də kişilər arasında şeirlərimi tam erotik hesab edənlər də olur. Təbii, mən onların nəyi nəzərdə tutduğunu anlamıram.
– Mən onların deyil, sizin nəyi nəzərdə tutduğunuzu soruşuram.
– Erotizm, təbii ki, cinsəlliklə bağlıdır. Bəzi kişi şairlər var ki, fikrimcə, onlar erotizm deyil, bədii pornoqrafiya yazırlar. Bu mənada hər şeyi adı ilə yazmağa qarşıyam. Amma erotizmi sevirəm. İşarələrlə, üstüörtülü bir cinsəllik xoşuma gəlir və mən də şeirdə bunu etdyimə inanıram. Amma şeirdə pornoqrafiyanı görüncə, oxumaq belə istəmirəm.
– Türkiyədəki çağdaş qələm yoldaşlarınız arasında kimləri tez-tez, ya elə ara-sıra oxuyursunuz? Yəni bu sırada nəsildaşlarınızdan kimlərin adını çəkərdiniz?
– Türkiyədə şeir dünyası xüsusən də bura ilə müqayisədə çox zəngindir.
– Elədi, əhaliniz çoxdu. (ardı şəklin altında - Oxu zalı)
– Mən də elə bu baxımdan deyirəm. Çox isim var, amma sizə bəyənib-bəyənmədiklərimi deyil, ümumən önə çıxanları deyəcəyəm: Küçük İsgəndər, qadın şairlərdən Benjan Matur...(fikirləşir)
– Lalə Müldür..
– Amma Lalə Müldür yeni deyil, o yaşlı.
– Sunay Akın?
– Onunla yaxından tanışam, amma təəssüf ki, Sunay Akın bu gün Türkiyədə bir şair olaraq deyil, daha çox televizyonçu kimi tanınır. Çox gözəl də insandır. Amma məncə, nə yazıq ki, o, əski şair kimliyini itirdi. Çünki başqa tərəflərlə önə çıxdı. Bir qadın şair var, Nihan Keskin. Məndən ən uzağı, üç yaş böyük olar, özünü çox ön plana çəkməyən, az tanınan biridi, amma şeirlərini çox sevirəm. Ən gənc nəsildən, məndən təxminən on yaş kiçik olan Kadir Aydemir var, «Yetik ülkə» yayınlarının rəhbəridir. Bir sürü imkansızlıqlar içində bir yayın evi qurub və mənim, məndən daha gənc şairlərin kitablarını nəşr etdirir.
– Belə bir sual verim, qadın və kişi şeiri bölgüsünə necə baxırsınız?
– Açığı, doğru baxmıram. Bu, zaman-zaman Türkiyədə də gündəmə gələn mövzudu. Amma biz şairə sözünü işlətmirik. On səkkiz yaşımda «Sanat olayı» adlı o zaman üçün çox önəmli ədəbiyyat dərgisi vardı, şeirim çıxmışdı o dərgidə. O zaman həmin dərgidə belə bir araşdırma apardılar, xüsusilə də qadın şairlərdən fikirləri soruşuldu. Məncə, bu bölgünü kişilər ortaya atıblar və qadınlar bu bölgünü qəbul etməməlidirlər. Yəni, desinlər ki, məsələn Yeşim qadın şair kimi çox yaxşıdır, amma kişilərlərlə müqayisəyə gəlməz. Mən heç sırf qadınlardan ibarət dərnək olsun belə, istəməm.
– Amma razılaşın ki, tematik baxımdan bəzi şeirləri qadınlar daha yaxşı anlaya bilir. Və ya elə mövzular ki, onu kişilər daha doğru rakursdan görə bilirlər.
– Mənim bəzi şeirlırim barədə belə deyirlər: müəllifin adına baxmasaq, onları qadının və ya kişinin yazdığını anlaya bilmərik. Yeşim qadın adıdır. Amma elə adlar var ki, həm kişilərdə, həm də qadınlarda var. Yəni, bəzən hətta adlardan belə müəlifin qadın və kişi olduğu hiss edilməyə bilər. Mən duyarlılıq baxımından özümü hər iki cinsin yerinə qoya bilirəm. İnanıram ki, əslində elə belə də olmalıdır. Çünki biz bir tərəf üçün yazmırıq.
– Elə bir şeiriniz oldumu ki, onu yaşayıb şeirə köçürəndən illər sonra kaş ki mən onu yaşamasaydım, ya yazmasaydım deyə düşünmüsüz?
– Çox duyarlılıqla yazdığım bəzi şeirlərim var ki, onları böyük bir eşqlə yaşayıb yazdım. Heç bir zaman yazmasaydım demirəm, amma hələ də məni həmin günlərə qaytarıb duyğulandırdıqları üçün onları oxumuram. O günləri xatırlayıb üzülürəm deyə.
– ... Deyirsiniz ki, aşırı duyğusalsınız. Duyğusallıq nədir? Məsələn, belə bir fikir var ki, duyğusallıq insanın insanı Allahdan daha çox sevməsinə inanmasıdır.
– Mən duyğusallıq deyərkən eşqi nəzərdə tutmuram. Kiçik bir cocuğa baxıb onun etdiyi bir şeydən də çox duyğulana bilərsən. Kənardan çox sərt insan kimi görünürəm. Amma bu əslində qabıqdı, mənim özümü qoruma qalxanımdı. Mənim şəxsi müşahidələrimə görə, kənardan çox güclü görünən adamların içlərinə bələd olandan sonra onların nə qədər yumşaq olduqlarını anlayırsan.
– Bir yerdə də belə yazırsınız ki, səfərə çıxdığınızda da qorxunuz daim sizinlədi.
– Qorxularım var və mən həmişə qorxularımın içinə gedirəm.
– Şeyx Şamili tanıyırsız? (ardı şəklin altında - Oxu zalı)
– Təbii.
– Onun bir sözü var: Mənə söyləyirlər ki, sən qorxmursan, halbuki, mən qorxu hissindən qorxuram və qorxularımın üstünə gedirəm.
– Mən də eynən beləyəm. Gecə uyuyarkən evin içində bir səs eşidirəm. Bu zaman qadınlar adətən nə edərlər, yorğanı başlarına çəkərlər. Mən anındaca yataqdan atılaram, səsin gəldiyi tərəfə gedırəm. Bəlkə də, o anda biri qarşıma çıxacaq, amma bu mənim refleksimdi. Sənətimlə bağlı çox səfər edirəm, yanında kimisə götürə bilmirsən, tanımadığın yerlərdə təbii ki, qorxursan, nə ilə qarşılacağını bilmirsən. Uçaqla gedirsən, sonra qatara minirsən. Təkbaşıma. Qorxuram əslində, amma həyatda qorxularımın məni əngəlləməsini istəmirəm.
– Çağdaş musiqi qruplarından danışın...
– «Mazhar Ozkan Fuat» qrupu. Yaşları az olsa da Türkiyənin ən yaxşı qrupudur. Müxtəlif janrlarda mahnılarını özləri yazırlar. Onların çox sevdiyim bir mahnısı var: «Yalnızlıq ömür boyu». Yəni ömür boyu yalnız oluruq, yalnız doğuluruq, yalnız ölürük. Anan, atan, uşaqların, həyat yoldaşın ola bilər, amma xüsusilə də biz şairlər yalnızıq. Məncə, bir şairin ən önəmli qaynaqlarından biri yalnızlıq duyğusudur. Yalnızlıq və ölüm
duyğusu bütün şairlərə xasdır. Mən bir az pessimistəm
– Nədir pessimizm və ya optimizm?
– İçərisində yarıyadək su olan bardaqla bağlı klassik misalı xatırlatırsınız?
– Bəli.
– Mən bardağı boş görənlərdənəm. Özümü tanıyandan həyata qaramsar baxıram. Çox kiçik şeylərdən mutlu və ya mutsuz ola bilirəm. Kiçik şeylər mənim üçün çox önəmlidir.
– Detallar. Gözəl ədəbiyyat özü də detaldır.
– Elədir.
– Qayıdaq Azərbaycana. İlk dəfə bura nə zaman gəldiniz? Kimin dəvəti ilə?
– İlk dəfə beş, ya altı sənə öncə. Dəqiq xatırlamıram. Festivalda iştirak etməkdən ötrü gəldim. Bildiyiniz kimi, əslən Azərbaycandanam. Bu üzdən içimdə hər zaman bu ölkəyə bir sevgi, həsrət vardı. Uşaqlığımda tamamən bir azəri kültürü ilə yetişdim deyə bilərəm. Biz nənəm və babamla qalırdıq, əmimgil də bizə çox yaxın olurdu. Babam, atam, əmim Azərbaycandan gəldikləri üçün hələ türk mühitinə alışmamışdılar. Kiçikdim, ana nənəm azəri türkcəsi ilə danışırdı və mən ona çox hirslənirdim ki, bu cür danışmaq düz deyil. Yəqin, onun danışığından utanırdım. Söyləyirdi ki, bu yaşdan sonra dilimi necə dəyişim? Nənəm həmişə azəri yeməkləri bişirirdi.
– Hansı yeməkləri xatırlayırsınız?
– Bozbaş, dovğa. Ən sevdiyim yeməklərdi bunlar.
– Amma sonradan ət yeməklərindən vaz keçdiniz.
– Babam və nənəm öldükdən sonra əti buraxdım. Yoxsa mümkün deyildi.
– Azərbaycana altıncı gəlişinzdi. Artıq ədəbiyyatımızla tanışsınız, oxuduqlarınız var. Amma səmimi cavab verin, kimləri oxudunuz, nələrdən xoşlandız, nələrdən xoşlanmadınız?
– Sizin şairlərin şeirlərini ancaq dərgilərdən oxudum. Hələlik oxuduqlarıma görə söyləyəcəm, sonradan fikrim dəyişə də bilər. Mən Azərbaycan şeiri çağdaşlaşa, formalaşa, ənənələrdən çıxa bilməyib. İsimləri xatırlaya bilməyəcəyəm.
– Məncə siz az oxumusuz, sizə daha çox kitablar verəcəyimə söz verirəm. Yaxşı hansı xalqın ədəbiyyatını daha çox oxuyursunuz?
– Yaşım daha gənckən klassikləri oxuyurdum, amma indi kitab mağazasına girən kimi çağdaş amerikan ədəbiyyatı, çağdaş ingilis şeirini axtarıram.
– Cağdaş şeirdə sizi nə çəkir?
– Məni çəkən xüsusi bir şey yoxdu. Sadəcə, ədəbiyyatda nə baş verdiyi ilə maraqlanıram. Keçmiş məni çox da maraqlandırmır. Çünki bu barədə öyrənmək üçün yüzlərlə ensiklopediya var. Amma bugünün şeiri əsasən araşdırılmır.Getdiyim hər ölkədə tanış olduğum adamlardan soruşuram, ölkədə neçə ədəbiyyat jurnalı var, hansı şeirlərə üstünük verirlər, şairlər necə bir araya gəlir. Bunları öyrənmək istəyirəm. Gəldiyim nəticələr çox oxşar olur. Bəlli bir ziyalı kəsimi şeirlə maraqlanır, zaman-zaman bir araya gəlincə də ədəbiyyat kafelərində şeir oxuyurlar. Bircə fərq var ki, Amerika və İngiltərədə şeiri bir az teatrallaşdırırlar. Bizdə bu yayılmayıb. Sizdə bilmirəm vəziyyət necədir?
– Performance.Teatral poeziya, bu bizdə də yayılmayıb.
– Demək istəyirəm ki, İngiltərədə insanlara roman oxumaqdansa şeirə tamaşa etmək daha maraqlı gəlir.
– Səbinə xanımla (Yeşim xanım o zaman Azərbaycan rəssamı Səbinə Şıxlinskayanın dəvəti ilə gəlmişdi Bakıya - Oxu zalı) dostluğunuzun tarixi haradan başlayır?
– Səbinə Şıxlinskayanı əvvəllər də müxtəlif tədbirlərdə uzaqdan-uzağa görmüşdüm. Amma yaxından tanışlığımız 2006-cı ildəki festivalda oldu. Səbinə də, mən də o festivala sənətçi olaraq qatılmışdıq. Biri-birimizi tanıdıq və daha yaxşı anladıq. Ondan bu günədək həm dostluğumuz, həm də sənət birliyimiz davam edir.
– Azərbaycanla son gəlişinizdə hansı dəyişiklikləri gördünüz?
– Şanslıyam ki, köhnə Bakını da görmüşdüm. Yoxsa bu gün şəhəri tanıya bilməzdim. O
qədər şey dəyişdi ki – həm pis, həm də yaxşı anlamda. Bəzi şeylər məni üzür. Özəlliklə memarlığa önəm verdiyimdən, demək istəyirəm ki, həm Türkiyədə, həm də Azərbaycanda bir inşaat çılğınlığı var. Köhnə olan hər şey yıxılıb, yenisi yapılır. Şərq toplumlarında bu mədəni yaddaş yoxdu. Biz bunu sevmirik. Amma qərblilər bunu çox sevir. Qərbli üçün bir əski binanın o qədər önəmi var ki...məsələn, Atilla İlhan Paris haqqında çox sevərək, burda bu var, bu var deyə hər şeyi danışır. Üstündən 20 il keçir, gedirsən Parisə görürsən ki, onun dedikləri yerindədir... Çünki dəyişmirlər. Bakıda və İstanbulda isə bina bu gün var, sabah yox. Bəyoğlunda məşhur İstiqlal caddəsi var. İnanın, bir həftə, on gün getməsəm, elə çox şey dəyişir ki...
Bakı, may 2009-cu il.
Müsahibə «Mədəniyyət» (10.VII.2009) qəzetində çap olunub