Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:37

R. İbrahimbəyov: «Vətəndaş cəmiyyəti möhkəm olmalıdır ki...»


Mətbuat icmalı
Mətbuat icmalı
«MİTİNQİ DƏSTƏKLƏMƏYİ ÖZÜMƏ BORC BİLDİM»

«Azadlıq» qəzetinə müsahibə verən Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyov bildirib ki, «vətəndaş cəmiyyəti möhkəm olmalıdır ki, iqtidar bizə hörmət etsin».

Rüstəm İbrahimbəyov İctimai Palatanın aprelin 8-də keçirdiyi mitinqdəki iştirakı haqqında danışıb. Bildirib ki, «insanları dəstəkləmək üçün mitinqə qatıldım».
«Mən mitinq adamı deyiləm. Mitinqin məzmunu da mənə maraqlı deyil. Ancaq ora ona görə getdim ki, birinci dəfədir icazəli mitinq idi və bir sıravi vətəndaş kimi ora getməyi, dəstəkləməyi özümə borc bildim».


BUNLAR HAÇANDAN DEMOKRAT OLUBLAR?

«Azərbaycan» qəzetindəki yazının başlığı belədir. Qəzet yazır ki, «Azərbaycanda özlərinin demokrat olduqlarını zorla xalqa qəbul etdirmək istəyənlər var. Bunlar AXCP, Müsavat partiyasının, bəzi hüquq müdafiə və jurnalist təşkilatlarının başçıları və digərləridir. Sovet dövründə Azərbaycanda demokrat hazırlanmırdı. Nə Əli Kərimli, nə də İsa Qəmbər dissident deyildilər ki, deyək ki, fərdi qaydada yetişiblər. Meydan hərəkatı başlayanda hamı Azadlıq meydanına gedib yumruğunu havaya qaldırırdı. İndi heç onların 99 faizi bu iddiada deyil! Sonra milli azadlıq hərəkatı başladı və «meydan qəhrəmanları» hakimiyyətə gəlmək eşqinə düşdülər. Əvvəlcə parlamentə yol tapdılar, AXC-dən qoparaq təzə partiyalar yaratmağa, xalqa şirin vədlər verməyə başladılar».

MİTİNQ YA PİKET?

«Yeni Azərbaycan» qəzeti yazır ki, «aprelin 8-də İctimai Palata adlanan qondarma müxalifət qurumunun keçirməyə cəhd göstərdiyi «kütləvi aksiya» radikal düşərgənin «gücünü», bazasını, elektorat sayını və ən əsası acınacaqlı vəziyyətini bir daha ortaya çıxardı. Qəti şəkildə söyləmək olar ki, düşərgə təmsilçilərinin «mitinq» adlandırdığı, amma iştirakçı sayına görə mitinqdən çox-çox geridə qalan, ən yaxşı halda «piket» adlandırıla biləcək bu «aksiya» növbəti dəfə radikalların heç bir sosial bazaya, elektorata malik olmadığını əyani şəkildə göstərdi».

«BAZARKOM» ƏLİ HƏSƏNOVUN QADAĞASINI POZDU

Bu haqda «Bizim yol» qəzeti yazıb. Qəzet bildirir ki, bir neçə il əvvəl Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov sabiq prezident Heydər Əliyev haqqında kitab yazılmasını nəzarətə götürəcəkləri haqqında açıqlama vermişdi. Bildirmişdi ki, hər kəs Heydər Əliyev haqqında kitab yaza bilməz. «Ancaq Sumqayıtın kolxoz bazarının direktoru Hacı Ağamirzə Əhədovun Heydər Əliyev və İlham Əliyev haqqında yazdığı «Tufanlardan keçən ömür» və «XXI əsrin lideri» kitabları Əli Həsənovun göstərişinə əməl olunmadığının göstəricisidir».
XS
SM
MD
LG