İCRA BAŞÇISI VƏD VERDİ
Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun Minbaşı kəndinin sakinləri ilə görüşü sona çatıb. İcra başçısı kənd sakinlərinə deyib ki, «çalışacağıq ki, qaldırdığınız problemləri həll edək».
Görüşdən çıxan adamlar isə vədlərin yerinə yetiriləcəyinə inanmadıqlarını bildiriblər. Deyiblər ki, bundan əvvəl də belə vədləri çox eşidiblər.
NARAZI SAKİNLƏR İCRA BAŞÇISI İLƏ GÖRÜŞÜB
Minbaşı kəndinin yüzlərlə sakini Sabirabad rayon yol polisi postunun da yerləşdiyi dördyol adlanan ərazini təxminən 15 dəqiqə bağlayıblar. Bundan sonra rayonun polis rəisi Mübariz Quliyev kənd sakinləri ilə icra başçısı Nazim İsmayılov arasında telefon əlaqəsi yaradıb. İcra başçısı onları qəbul edəcəklərini bildirib.
Hazırda rayon icra başçısı Minbaşı kəndinin sakinlərini Qarağac kəndinin icra nümayəndəliyində qəbul edir. Görüşdən çıxanlar bildirir ki, icra başçısı da ancaq söz verir. Sakinlər icra nümayəndəliyini tərk etməyəcəklərini bildiriblər. Onlar deyiblər ki, «bizə quru söz yox, bizə verilməli olan kompensasiyalar lazımdır».
Hazırda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də evlərə baxış keçirir.
ŞİRVAN VƏ SABİRABAD RAYON POLİS ŞÖBƏSİNİN ƏMƏKDAŞLARI ƏRAZİDƏDİR
Minbaşı kəndinin yüzlərlə sakini Kür çayının üstündən keçən körpünü açıblar. İndi onlar Sabirabad rayon yol polisi postunun da yerləşdiyi dördyol adlanan əraziyə doğru yürüş edirlər. Aksiyaçılar bu ərazini bağlayacaqlarını bildirirlər.
Şirvan və Sabirabad rayon polis şöbəsinin əməkdaşları, Daxili Qoşunların bir neçə hərbçisi də hazırda ərazidədir.
YÜRÜŞƏ DADAŞBƏYLİ KƏNDİNİN SAKİNLƏRİ DƏ QOŞULUB
Minbaşı kəndinin yüzlərlə sakini kənddən yürüş edərək Kür çayının üstündən keçən körpünü bağlayıb. Qonşu Dadaşbəyli kəndinin sakinləri onlara qoşulublar. Polislə qarşıdurma zamanı bir qadını huşunu itirib. Qarşıdurma zamanı sakinlərin əllərində tutduğu İlham Əliyevin bir neçə şəkli cırılıb.
Sabirabad rayon icra hakimiyyəti başçısının müavini Həsən Həsənov əraziyə gəlib. O sakinlərə söz verib ki, problemləri həll olunacaq. Deyib ki, hazırda Minbaşı kəndinin klubunda icra başçısı kənddə olan sakinlərlə görüş keçirir, evlərə isə baxış keçiriləcək.
Aksiyaçılar isə deyir ki, verilən vədlərə inanmırıq. Onlar rayon icra hakimiyyətinə doğru yürüş edəcəklərini bildiriblər.
600-Ə YAXIN MİNBAŞI SAKİNİ YÜRÜŞ EDİR
Aprelin 10-da Sabirabadın Minbaşı kəndinin 600-ə yaxın sakini rayon icra hakimiyyətinin binası qarşısına yürüş edirlər.
Polis onların qarşısını kəssə də camaat polis kordonunu yarıb. Ərazidən keçən dəmir yolu xəttinin üstündə polislə sakinlər arasında qarşıdurma olub.
Minbaşı kəndinin sakinləri 2010-cu ildə baş verən daşqınlardan sonra onlara kompensasiyaların verilməməsinə etiraz edirlər. Camaat deyir ki, yerli icra strukturları onlara çatacaq kompensasiyaları mənimsəyib. Yürüşçülər «Biz kompensasiyaları yerli icra strukturlarından yox, prezidentdən istəyirik», «Biz dövlət başçısını istəyirik, o gəlsin» şüarları səsləndirir.
Əllərində prezident İlham Əliyevin şəkilləri olan sakinlər Sabirabad rayon icra hakimiyyətinin qarşısına doğru yürüşü davam etdirirlər.
Aprelin 4-də də Minbaşı kəndinin bir qrup sakini etiraz aksiyası keçirərək Şirvan-Sabirabad yolunu bağlamışdır. Həmin vaxt da onlar kompensasiyaların verilməməsinə etirazlarını bildirirdilər.
Minbaşı kənd icra nümayəndəliyindən verilən məlumata görə, aprelin 9-dan kənddə dövlət komissiyası işləyir, evlərə baxış keçirir.
2010-cu ildə daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min hektardan çox sahəni və 20 min evi su basıb. Ümumilikdə, 2012-ci ilin martına kimi dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılmasına 350 milyon manata yaxın vəsait ayrılıb. Bu il martın 29-da prezidentin sərəncamı ilə əlavə olaraq 50 milyon manat ayrılıb.