Son bir neçə gün ərzində Sabirabadın Minbaşı kəndində həbs edilənlərin sayı 4 nəfərə çatıb.
Kənd sakini Məmməd Əliyevin (ad şərtidir - M.Ç.) AzadlıqRadiosuna dediyinə görə, həbslər narkotik maddə və əxlaqsızlıq yuvası saxlama adı ilə aparılsa da, əslində hər şey Minbaşı kəndində keçirilən son etiraz aksiyası ilə bağlıdır:
«Aksiyadan sonra çıxıblar ağıllı adamların ovuna. Axtarırlar ki, görsünlər kim camaatı başa salıb, kim onları aksiyaya çıxarıb. Həmin adamları tapıb zərərsizləşdirirlər. Bu davam edir, ola bilər sabah da mənim cibimə narkotik maddə atsınlar».
«SƏBƏB İNSAN ALVERİ YOX, AKSİYADA AKTİVLİKLƏ BAĞLIDIR»
Məmməd Əliyev deyir ki, saxlanan kənd sakinlərindən Gülverdi Mahmudov və Mənsur Yolçıyev aprelin 10-da Minbaşı kəndində kompensasiyaların verilməsi tələbi ilə keçirilən yürüş-mitinqdə fəal iştirak ediblər.
Əxlaqsızlıq yuvası saxlamaq ittihamı ilə saxlanan 49 yaşlı Gülverdi Mahmudov Minbaşı kəndinin girəcəyində Axmaz adlanan gölün sahilində kafe işlədirmiş. Qohumu Vüsal Səlimovun (ad şərtidir-M. Ç.) dediyinə görə, o, bir neçə gün əvvəl izləndiyini bildirib. Hətta bu barədə Milli Təhlükəsizlik Nazirliyinə məktub da yazıb, amma göndərməyə imkan tapmayıb:
«MTN-ə yazdığı məktub da qalıb evdə, göndərə bilməyib. Bir oğlan, bir qız bir gün gəlib həmin kafedə çay içib gediblər. Sonra yenə gələndə onların dalınca da maskalılar kafeyə girib. Aparıblar Bakıya, heç yaxınları ilə görüş də vermirlər».
«ADAMLARI AKSİYADAN ÇƏKİLƏN VİDEOYA BAXIB APARIRLAR»
Vüsal Səlimov deyir ki, aksiyadan çəkilən videoya baxıb adamları bir-bir həbs edirlər:
«Həmin çəkilişdə görünən adamları bir-bir müxtəlif adlarla aparırlar».
Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov 4 nəfər kənd sakininin həbs olunduğunu təsdiqləyib. O deyir ki, həmin şəxslərdən 3-ünü aprelin 15-də Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb:
«Mənsur Yolçıyev, Cavid Hüseynov, bir də Əbilzadə adlı bir kənd sakinidir. Bir həftə əvvəl isə Gülverdi adlı kənd sakini əxlaqsızlıq yuvası saxlamağa görə həbs olunub».
Həsən Həsənovun dediyinə görə, sonuncunu da Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib.
«ADAMLARI QARA RƏNGLİ AVTOMOBİLLƏRLƏ GƏLMİŞ MASKALI ŞƏXSLƏR SAXLAYIB»
Kənd sakinləri həbslərin qara rəngli avtomobillərlə gəlmiş maskalı şəxslər tərəfindən aparıldığını bildirirlər. Həm də həbs olunanların sayının daha çox, Minbaşı kəndindən başqa ətraf kəndlərin sakinlərindən də saxlanılanların olduğunu iddia edirlər.
Sakinlər həbslərin aprelin 10-da keçirilən etiraz aksiya ilə bağlı olduğunu desələr də, rayon icra hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov bununla razılaşmır:
«Aksiya zamanı kim həbs edilib? Mən bilmirəm. Bir də saxlananların evindən hal şahidlərinin iştirakı ilə narkotik maddə tapılıbsa, hansısa vətəndaşın deməyi ilə deyil ki, onlar aksiyaya görə həbs edilib».
DİN: BU HƏBSLƏRİN HEÇ BİR HALDA SİYASİ ÇALARI YOXDUR
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də rayon sakinlərinin konkret cinayət əməlinə görə saxlandığını deyir:
«Söhbət kompensasiya tələbi ilə mitinq keçirməyə cəhd göstərmiş insanların saxlanmasından yox, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi əməliyyat tədbirlərindən gedir. Onların saxlanılmasının heç bir halda siyasi çaları yoxdur».
«ADAMLARI HƏBS ETMƏK YOX, MÜKAFATLANDIRMAQ LAZIMDIR»
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Quba rayonunda olduğu kimi, Minbaşı kəndində də həbslər aksiya keçirən adamların gözünü qorxutmağa yönəlib. Onun fikrincə, etirazlardan sonra kənd icra nümayəndəsini işdən çıxarmaqla rayon rəhbərliyi problemlərin mövcudluğunu təsdiqləyib, bircə qalır həmin problemlərin həll edilməsi:
«Öz hüquqlarını tələb edən adamları cəzalandırmaq lazım deyil. Hakimiyyət birinci növbədə problemləri həll etməlidir. Qubada da adamları tutublar ki, əmlakı kim yandırıb, amma deyilmir ki, o əmlak haradandır, hansı pulla tikilib və s.».
Mehman Əliyevə görə, əslində problemləri vaxtında qaldırıb rəsmi qurumların diqqətinə çatdıranları həbs etmək yox, mükafatlandırmaq lazımdır.
APRELİN 10-DA VERİLƏN SÖZ VƏ....
İki il bundan qabaq daşqından zərərçəkən Minbaşı kəndinin sakinləri onlara kompensasiya verilməməsinə etiraz olaraq aprelin 10-da aksiya keçirmişdilər. Elə həmin gün Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov kənd sakinlərini qəbul edib onların problemlərinin həll olunacağını deyib.
«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev aprelin 8-də Minbaşı kəndində daşqınlarla bağlı monitorinq keçirən zaman saxlanılıb. Bir gün sonra isə rayon məhkəməsinin qərarı ilə ona 12 sutka inzibati həbs cəzası verilib.