“Ədəbi Azadlıq-2012” şeir müsabiqəsinin onluğuna keçmiş Dilqəm Əhmədlə söhbət
- Dilqəm, müsabiqəyə necə oldu qatıldın?
- Mən ilk hekayəm olan “Gözətçi”ni 2010-cu ildə məhz “Ədəbi Azadlıq” müsabiqəsi üçün yazmışam.
Ötən il də keçirilən müsabiqəyə qatıldım. “Cəfər” hekayəsi onluğa düşməsə də, münsiflərin diqqətini çəkən, müəyyən bal alan əsərlərdən oldu.
Bu ilki hekayəmin zəif olduğunu bilirdim, amma anlatmaq istədiyim mövzu önəmli idi. Hekayə “Tanrının kədərli rəqsi” adlanırdı. Sonluq belə idi ki, “kainat Tanrının bir dəfə kədərli rəqs etməsindən başqa bir şey deyildir”. Yəni yaşamın sonuc olaraq mənasızlığını göstərmişdim. Şeir müsabiqəsi isə ilk dəfə keçirildiyinə görə qatıldım, onluğa düşəcəyimi düşünürdüm.
Amma onu deyim ki, növbəti illərdəki şeir və hekayə müsabiqələrinə qatılmayacağam.
- Onluqdakı imzalardan hansını daha çox qiymətləndirirsən? Hansı şeirləri bəyəndin?
- Onluqda olan şeirləri oxumuşam. Yalnız Babək Ağayevin şeirini bəyəndim. Öz şeirlərimin daha fərqli olduğuna inanıram. Cəmiyyətdə sevgidən daha çox sevgisizlik var. “Erota üsyan” təkcə kişi və qadın arasında deyil, ümumiyyətlə cəmiyyətdə olan sevgisizliyə üsyandır
- Bir neçə ay qabaq çapdan çıxan “Bozqırdan uçuruma” kitabın necə qarşılandı, reaksiyalar səni qane etdimi?
“1985-ci ildə keçmiş Ermənistan SSR-də doğulmuşam. BDU-nun politologiya ixtisası üzrə bakalavr, sosial iş ixtisası üzrə magistr dərəcəsinə sahibəm. Hazırda ixtisasımla bağlı olaraq sosial işçi kimi fəaliyyət göstərirəm. Həm də “Gündəlik teleqraf” qəzetində köşə yazarıyam”.
- Kitab “Apostrof” nəşriyyatında ötən il dekabrın 28-də çap olundu. İnsan həyatında ilklər önəmli olduğuna görə göstərilən reaksiyalar da önəmli olur. Dostlardan aldığım reaksiyalar müsbət yönümlü idi, lakin mən ədəbi çevrələrdə olmadığıma görə yazarlar və tənqidçilərdən hər hansı bir reaksiya görmədim. Yalnız Əlisa Nicat dəstək xarakterli bir köşə yazdı. Sözün açığı kitabın tanıtımı üçün dəyər verdiyim bir neçə qəzetdən, portaldan dəstək gözləyirdim, lakin heç bir dəstək gəlmədi. Portallar və qəzetlər ancaq özümün göndərdiyim materialı yaymaqla kifayətləndilər. Kitab “Sərgərdan” adlı povestdən, hekayələrdən və şeirlərdən ibarətdir. Ən çox bəyənilən hekayə “Bayraq meydanı” hekayəsi oldu.
- Çağdaş Azərbaycan ədəbiyyatından kimləri oxuyursan?
- Çağdaş Azərbaycan ədəbiyyatından şairlərdən Yeganə Cansaili, Aqşini, Əkbər Qoşalını, Xaqani Hassı, Mətləb Muxtarovu, Qisməti oxuyuram, nasirlərdən ən son oxuduğum Mirmehdi Ağaoğlu (“Küləyi dişləyən”) və Araz Bayramov (“Azad”) olub.
- Roman yazmaq fikrin varmı? İndi gənc yazarlara irad tuturlar ki, hamı yazır…
- Roman artıq yazmışam, çox güman, iyun ayında çap olunacaq. Sevgi və siyasət ağırlıqlı olacaq. Hamı yazır deyəndə ki, özünə güvənən hər kəs şansını yoxlamalıdır. Hətta mən deyərdim, bir neçə dəfə yoxlamalıdır. İndi zəif və güclü əsəri media müəyyənləşdirir, amma gerçəkdə zəif və güclü əsəri tarix müəyyənləşdirəcək. Bu, təkcə gənclərlə bağlı deyil, yaşlı nəsillə də bağlıdır. Əlisa Nicatın diktaturaya qarşı yazılmış son iki romanı olan “Ehram” və “Artakserks” haqqında media nə qədər məlumatlıdır? Amma tarix məlumatlıdır.
- Yazılarına verilən qonorar səni qane edirmi, yoxsa nə versələr “min bərəkət” deyib razılaşırsan?
- Hazırda “Gündəlik teleqraf”dan və kulis.az-dan aldığım qonorar məni qane edir. Ona görə ki, özümün gündəlik işim tamam başqadır. Əgər daimi işim olmasaydı, təbii ki, qane etməzdi. Çünki mən araşdırma yazı yazanda, köşə hazırlayanda çox əziyyət çəkirəm, hər cümlənin məsuliyyətini hiss edirəm.
- Kitabdan necə, qazancın oldumu?
Bu suala bir az geniş cavab vermək istəyirəm. Qazancdan əvvəl çəkilən xərc və əziyyət haqqında danışım. Kitabı öz hesabıma 300 nüsxə çap etdirdim. 500 nüsxə çap etməyi düşünürdüm, lakin 500 nüsxəni mağazalara paylamaq çətin olacağı üçün az sayda tiraja qane oldum. Çünki danışdığım bütün nəşriyyatlar yayımla məşğul olmadıqlarını bildirdilər. Nəşriyyat seçmək də çox çətin proses oldu. Bir neçə yer 600-800 manat arası pul istədi. Nəhayət “Apostrof” nəşriyyatı 128 səhifəlik 300 nüsxə kitabı 300 manata çap edəcəyini bildirdikdən sonra razılaşdıq. Halbuki, bu işə görə 800 manata qədər pul istəyən nəşriyyat olmuşdu. Çap olunandan sonra ikinci əziyyətli mərhələ kitabın paylanması oldu. Sözün açığı, yazarın öz kitabını mağaza-mağaza dolaşaraq paylaması psixoloji baxımdan əziyyət verir. “Əli və Nino” mağazalar şəbəkəsinə minnətdaram ki, 120 kitab onlara verə bildim. Qalan mağazalar isə ən çox 10 kitab götürürdü. “Kitab Klubu” cəmi 3 kitab götürdü. Yəni təsəvvür edin, beş-beş, on-on kitabı paylamaq necə əziyyətlidir. Bu baxımdan nəşriyyatların yayımda yazarlara dəstək olması gərəkdir. Qazanca gəldikdə isə kitab payladığım yerlərdən maraqlandığım yalnız “Əli və Nino” olub. Ötən ay 57 manat almışam. Yəni kitaba çəkdiyim xərci çıxara biləcəyimə inanmıram, nəinki qazanc əldə etməyi. Qeyd edim ki, kitabın qiyməti 3 manatdır. İlk kitabın bir maraqlı cəhəti də o olur ki, daha çox hədiyyə kimi istənilir, halbuki əksinə, ilk kitabda dostlar müəllifə dəstək olmalıdır.
- Necə etmək olar ki, kitabın reklam bazarı formalaşsın?
- İlk kitabın tanıtımında etdiyim səhvlərdən müəyyən nəticələr çıxarmışam. Ötən ilki mitinqlərə görə İsveçə mühacirət edən dostum Cavid Mehrəliyevin təklifi ilə kitabın ümumi məzmununa uyğun olaraq kitaba təmiz türk sözləri olan ad seçdim. Amma mən bu ölkədə “bozqır” sözünün mənasını bilən az sayda insanın olduğunu gördüm. Kitabı hara paylayırdımsa, üzərini oxumaqda çətinlik çəkirdilər. Halbuki Azərbaycan dilinin izahlı lüğətində bu söz var. Mən məcbur qalıb bu sözlə bağlı “Bozqırın dili” adlı köşə də yazdım, amma nəticəsi yoxdur. Kitabın təqdimatı “Əli Nino”da baş tutdu, amma soyuq hava olduğuna görə ürəyim istədiyi kimi olmadı. Havaya görə jurnalistlər iştirak edə bilmədi. Ona görə romanın təqdimatının üzərində çox düşünəcəm. İstəyirəm gənclər təşkilatlarından birinə həvalə edim. “Dalğa”nı düşünürəm. Çünki bu dəfə də kitabın xərcini özüm çəkəcəyimə, özüm paylayacağıma görə tanıtımda dəstəyə ehtiyacım olacaq. Reklam bazarı belədir ki, media ancaq tanıtımda dəstək ola bilir, hökumətə təsir edə bilmir. ƏDV ilə bağlı başlanan kampaniyanın nəticəsiz olmasını gördük. Əgər iritirajlı qəzetlər bir səhifələrini təmənnasız müəlliflərin kitablarının reklamına ayırsalar, dəstək olmuş olarlar. “Yeni Müsavat” və “Azadlıq” qəzetinin, “Oxuzalı”nın, kulis.az-ın, kultaz.com-un, publika.az-ın təmənnasız reklam kampaniyasına başlamalarını arzu edərdim.
- Bir az çətinə düşən kimi yazarlar ədəbiyyatdan bədgüman olurlar. Faydasız bir işlə məşğul olduqlarını güman edirlər. Səndə də belə olurmu?
- Əgər yazarın qazancı sırf ədəbiyyatdandırsa, bunun baş verəcəyi təbiidir. Çünki oxucu azdır, nəşriyyatlar bahadır, kitabın tanıtımı çətindir. Amma məsələnin digər tərəfi odur ki, bir yazar ancaq ağır şəraitdə, gərgin durumlarda daha oxunaqlı nümunələr yarada bilər, nəinki hansısa hotel odasında yazaraq. Ədəbiyyatı heç zaman faydasız hesab etməmişəm. Çünki ölkədə siyasi durğunluq olduğuna görə, gəncliyin enerjisi ancaq ədəbiyyatda uğur gətirə bilər. Mən fikirləşirəm ki, ədəbiyyata meylin bir səbəbi də siyasi durğunluqdur.