«Azərbaycanda jurnalistə qarşı törədilmiş hər hansı təzyiq, fiziki güc və digər bu kimi addımlar Prezident Administrasiyası tərəfindən qətiyyətlə pislənilir».
Bunu «SalamNews»a müsahibəsində Prezidentinin Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalist İdrak Abbasovun döyülməsinə münasibət bildirərkən deyib.
Şöbə müdiri bildirib ki, Dövlət Neft Şirkəti bu hadisədə iştirak etmiş şəxslərin müəyyən olunması istiqamətində addımlar atır və araşdırmalar aparır:
«Hesab edirik ki, söküntü ətrafında baş vermiş hadisələr qəsdən və ya bilərəkdən jurnalistə qarşı törədilmiş hərəkət deyil, sadəcə olaraq söküntü qarşıdurması fonunda yaranmış anlaşılmazlıqdır. Azərbaycan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, tədbirlərin işıqlandırılması zamanı jurnalist bu və ya digər hadisələrlə bağlı foto və digər çəkilişlər aparan zaman kənarda dayanmalıdır və onlara qarşı da heç məhdudiyyət olmamalıdır».
Əli Həsənov düşünür ki, jurnalist çağırış etdiyi üçün döyülüb. Onun fikrincə, İdrak Abbasov evi sökülən şəxslərin arasında olub, kiminsə mülkünü müdafiə edib və ona görə də təzyiqlərə məruz qalıb.
«İstənilən halda kiminsə həqiqətən jurnalist fəaliyyəti varsa, ona və ümumiyyətlə heç kəsə təzyiq göstərilməməlidir. Amma, bilirsiniz ki, qanunsuz tikililərin sökülməsi icazəlidir və heç kəs razılıq verilməyən ərazidə tikinti apara bilməz. Buna baxmayaraq, əminəm ki, bu hadisədə anlaşılmazlıq olub və bununla bağlı araşdırma aparılıb müvafiq tədbirlər görüləcək», - deyə Əli Həsənov bildirib.