Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:26

Fransa Suriyada sülh planının pozulduğunu deyir


Fransa hesab edir ki, beynəlxalq elçi Kofi Annanın sülh planı Suriya hakimiyyətinin günahı ucbatından demək olar ki, pozulub.

Amma xarici işlər naziri Allen Juppe bildirib ki, Suriyada mümkün qədər tez 300 beynəlxalq müşahidəçi yerləşdirilsə Kofi Annanın missiyası hələ ki, uğurla nəticələnə bilər.

Aprelin 12-dən Suriyada atəşkəs rejimi elan edilib.

Amma suriyalı hüquq müdafiəçiləri çərşənbə günü ölkədə baş vermiş toqquşmalarda 14 nəfərin öldüyünü və onların əksəriyyətinin mülki sakinlər olduğunu deyirlər.

Bu barədə France Presse və Associated Press agentlikləri xəbər verirlər.

Koffi Annan Suriya hakimiyyəti ilə müxalifəti sülh planının bütün şərtlərini yerinə yetirməyə çağırıb.
XS
SM
MD
LG