"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin hekayə onluğuna keçmiş yazarlarla müsahibələri davam etdiririk.
- İstərdim, söhbətimizə tanışlıqdan başlayaq. Nəzərə alsaq ki, xeyli müddət ədəbiyyatdan uzaq düşübsünüz, məncə, buna ehtiyac var. Kimdir Azər Həsənli (Ataqam)?
- Tanışlığı gərək axıra saxlayaydıq, çünki indi ixtisasımı desəm, yazarların dodağı qaçacaq, deyəcəklər “vay aman, robotlar ədəbiyyata gəlir?”
1963-ün 1 aprelində Cəbrayılda doğulmuşam. Sankt - Peterburq Dövlət Politexnik Universitetini bitirmişəm. Orda iki ixtisas almışam - elektrik mühəndisi, bir də elektromexanika sahə fənləri üzrə müəllim.
Onu da deyim ki, elektriklərin yaxşı hekayə yazma şansları daha çoxdur, çünki tez-tez dövrədə qısaqapanma olur, bizi cərəyan vurur, bu da içimizdəki yaradıcı impulsların qalxıb başımıza vurmasına yardım eləyir. (Gülür)
Təki halal yolla pul qazana bilim deyə, özümün də ağlıma gəlməyən sahələrdə işləmişəm. Əvvəl ixtisasım üzrə işlədim. 80-in sonlarında özəl sektorda bir neçə uğursuz cəhdim oldu. Bir ara gipsdən kiçik heykəllər düzəldib satdım, sonra kalliqraflıq elədim – babat pul qazanırdım. Kompüter çıxandan sonra, Koroğlu demişkən, süngünü yerə qoydum. 90-ın ortalarında “Müxalifət”, “Rezonans” qəzetlərində işlədim. Dövr ağır olsa da, o zamanlar həyatın tamı vardı.
İndi Böyük Britaniyanın "Oxfam" humanitar təşkilatında işləyirəm. Yaxın Şərq, Şərqi Avropa, MDB ölkələri üzrə Layihələrin Keyfiyyət Əlaqələndiricisiyəm. Üst-üstə bir neçə il Kosovoda, Fələstində, Tacikistanda yaşayıb işləmişəm.
Ədəbiyyatdan uzaq düşməyimə gəldikdə, burda iki məsələni deyim. Birincisi, heç vaxt ədəbiyyatın içində olmamışam. Düzdü, həm Azərbaycanda, həm də kənarda ədəbiyyat biliciləri ilə, yazıçılarla ünsiyyətim, dostluğum çox olub, indi də var, amma məqsədim onlardan öyrənmək olub. İkincisi, yazmaqdan bir ara uzaq olmuşam, amma heç vaxt oxumağı dayandırmamışam.
“Azər Həsənli kimdi?” sualınız yaman çətin sual oldu. Əslində, bunu bilsəydim, dünyanın ən xoşbəxt adamı olardım. Belə deyim - adamlar üç cür olur – cəmiyyəti qabağa aparan ideya müəllifləri, özünə və dünyaya laqeyd olanlar, bir də başını aşağı salıb gücü çatan qədər işləyənlər. Mən, yəqin ki, sonunculardanam, yəni, nəsə arı ilə qarışqanın arasında bir məxluq.
Bilirsiz, hər kəs öz bəxtinin bəstəkarıdı. Kimin gücü bəxtinin romansını yazmağa çatır, kiminki elegiyasını. Mən çalışıram bəxtimə nəsə romansa bənzər lirik bir melodiya yazım.
- İstərdim “Ataqam” sözünə aydınlıq gətirək... Bu, nə deməkdir? Təxəllüsdürmü, yoxsa...
- 20 Yanvar zamanı zədələnmişdim. Canımı sağaltmaq üçün yoqa ilə məşğul olurdum. Əlimə Qumilyovun “Xəzərətrafı Minillik” kitabı düşmüşdü. Orda qam-şamanlar haqda oxudum. Sonra şamanların sağlamlıqla bağlı ritualları, ayinləri, türkəçarə məlhəmləri haqda kitab tapdım, oxudum, sınaqdan keçirtdim. Çox köməyi oldu. Qamlara sevgim də ordan yarandı. Ataqam – baş qam, qamların başçısı deməkdi. Azərbaycanda qam, şaman olmadığı üçün, məncə heç kim məni “baş qam” adına iddia eləməkdə suçlamaz. Belə iddiası olan varsa, Qamata adını götürə bilər, olarıq Borxesin güzgüsü (gülür).
- Nə vaxtdan yazırsınız, harada çap olunubsunuz, kitabınız varmı?
- Bir çoxları kimi, mən də orta məktəbdə, sonra da tələbəlik dövründə hekayə, şeir yazırdım. Az qala bir kitablıq yazı vardı. O vaxt Bayronun divanəsi idim, onun təsiri altında şeirlər yazırdım. Peterburqda Dostoyevskinin gəzdiyi küçələri gəzib bir neçə xəstəhal hekayə də yazmışdım.
Çap elətdirmək istəyirdim, amma 81-ci ildə Repin adına Rəssamlıq institutunun tələbələri ilə - Məzahir Afşarla, Şamo Abbasla, adlarını unutduğum başqa rəssamlarla tanış olandan, onların söhbətinə qulaq asandan sonra həyatım, daha doğrusu, düşüncəm tam dəyişdi. Onların “Neva” küçəsinə yaxın bir yerdə emalatxanaları vardı, orda milli kimliyimiz, soy-kökümüz haqqında elə söhbətlər olurdu ki, mən, 18 yaşlı bir uşaq, həyəcandan axşamlar da yata bilmirdim.
Bu söhbətlərdən sonra yazılarımı təzədən oxudum, baxdım gördüm yox, bu yazıları bir iş görmək istəyən adam oxusa, əli işdən soyuyar. Qatladım yığdım sandığa.
90-cı illərdə milliyyətçi hekayələr yazmağa başladım. Türklərin dünyanın ən ali irqi olduğunu sübut eləmək kimi pafoslu yazılar idi. Məktubla bir-iki yerə göndərdim, çap eləmədilər. Elə yaxşı ki, çap eləmədilər, çünki indi o yazılarımı oxuyub utanardım, çünki quru pafoslu yazıların bədii dəyəri olmur.
Sonra başladım, üzr istəyirəm, erotik hekayələr yazmağa. Onları çap elətdirməyə də utandım.
Belə-belə gəldik çıxdıq bu yaşa... Jvanetski demişkən, yaşının elə bir çağına çatırsan ki. hiss eləyirsən ki, tay səndən kosmonavt çıxmaz.
- İstərdim mütaliənizdən danışaq. Kimləri oxuyursunuz?
- Kimləri oxumuram soruşsanız, daha rahat cavab verərdim. Ara günlər 10-12 saat kompüterin qabağındayam, şənbə-bazar – bir az çox. Düzdü, bunun altı-yeddi saatı idarənin işləri ilə bağlıdı, amma qalan vaxt ədəbiyyatındı. Azərbaycanın ədəbiyyat portallarında, facebook-da nə varsa, hamısını oxuyuram, hətta şərhləri də. Rusdilli, ingilisdilli saytların bir neçəsinə də yazılmışam, təzə nə yükləsələr, məktub gəlir, oxuyuram.
Dünya Ədəbiyyatı silsiləsindən çıxan kitablara abunəyəm – onların əksəriyyətini ötənlərdə oxumuşdum, amma oxumadıqlarım da var. Hazırda Knut Hamsunun “Aclıq” romanını oxuyuram. Bu müəllif nasistləri dəstəklədiyi üçün, indiyə qədər ona qarşı önyarğım var idi, bundan yana ondan heç nə oxumamışdım, indi o boşluğu doldururam. Növbəti – Luis Sinklerdi. Onun hekayələrini oxumuşdum, amma “Errousmit”i indi əlimə düşüb. Elə burdan tərcüməçilərə təşəkkürümü bildirirəm, şirin tərcümələr eləyirlər.
- Çağdaş Azərbaycan ədəbiyyatında diqqətinizi çəkən imzalar kimlərdir?
- Ramiz Rövşənin, Vaqif Bayatlının, Salam Sarvanın, Fəxri Uğurlunun adını çəksəm, güman ki, təzə bir söz demiş olmaram. Cavanlardan da bəyəndiyim çoxdu, lap çox! Ən xoşuma gələn məqam odur ki, xanım yazarlar ortaya gözəl yazılar qoyurlar. Ad saysam, siyahı çox uzun olacaq.
Mən çox zaman müəllifi yox, şeiri, hekayəni yadda saxlayıram.
- Bildiyimə görə seriallara ssenarilər yazırsınız. Hansı telekanalla əməkdaşlığınız var və işlər nə yerdədir?
- Bu sahədə işlər yaxşı deyil. Hə, ssenarilər yazıram, amma telekanallar üçün yox. Mən siyasi situativ komediyalar yazıram, bizim telekanallar belə şeyləri çəkməyə ürək eləməzlər.
Bir dəfə “Ruhdaşlar” adlı ssenarim üzrə Bakıda serial çəkilirdi, İş gəlib siyasi məqamlara çatanda, dirəndi. Başqa birinin çəkilişi haqda hazırda türklərlə danışıq aparıram.
Britaniya Komediya Cəmiyyətinin (Britsh Comedy Society) üzvüyəm. Virtual cəmiyyətdi, hər kəs üzv ola bilər. O Cəmiyyətdən kimsə komediya ssenarisi yazanda keçmiş SSRİ ilə, Yaxın Şərqlə bağlı müəyyən fraqmentlər istəyirlər. Mən də həmin fraqmentləri, bəzən bütöv səhnəni yazıb göndərirəm. Alınanda pul verirlər. Ciddi vaxt sərf eləyən olsa, həm ruhunu dincəldər, həm yaxşı pul qazanar. (Deyəsən puldan çox danışdım)
- Azərbaycan ədəbiyyatındakı “qocalar və cavanlar” qovğasını izləyirsiniz?
- İzləyirəm, bəli, amma sevinmək lazım gəldiyini, ya təəssüflənməli olduğumu bilmirəm. Axı mən qovğa eləyən adamların heç birini düz-əməlli tanımıram. Məsələyə yanaşmam isə belədi: Hayd Parkın “Danışanlar Bucağı”ndakı kimi, hər kəsin üstünə çıxıb öz düşündüklərini açıq deməyə bir daşı olmalıdı. Bu fikirlər, yaşından asılı olmayaraq, şəxsin özünə qarşı yox, onun əməllərinə aid olursa, bunun dəyəri var, olmursa, söhbət artıq başqa –tilişkəli dəyərsiz müstəviyə keçir.
Biz tərəflərdə bir söz var, deyirlər, qocalmaq Allahdandı, köhnəlmək –bəndədən. Qoca adam köhnəlməyibsə, göz üstə yeri var!
Ədəbi mühitin sağlamlıq dərəcəsi ilə bağlı başqa bir meyar da deyim: Əgər bir mühitdə yaşlılar cavanlardan öyrənirlərsə və bunu açıq deyirlərsə, belə mühit sağlamdı.
Mən özüm azərbaycanca necə yazmaq lazım gəldiyini, sağ olsun, Fəxri Uğurlunun yazılarından öyrənmişəm.
- Müsabiqəyə necə oldu qatıldınız? Adı onluq və və 20-lik siyahıda olan hekayələrdən hansını bəyəndiniz?
- Bir dəfə alt qonşumun mənzili yandı, od qalxıb bizim evə də ziyan vurdu. Yaxşı ki, gəlib tez söndürdülər. O yanğından sonra mənim içimə də od düşdü, dedim yox, əfəndim, sandıqçam elə də etibarlı deyil, iraq olsun, bir dəfə yanar, o dünyada kimə sübut eləyərəm ki, bu dünyada yazı-pozum vardı. Sizin müsabiqə də elə yerinə düşdü, göndərdim, dedim yəqin o tərəflərdə də internetə çıxış olacaq, ehtiyac olsa, dartıb çıxardaram. (Gülüş)
Hekayənin özü haqda çox danışmaq istəmirəm, çünki istənilən hekayəni oxucuya izah eləmək yaxşı ton sayılmır, amma “Şrödingerin qara pişiyi” haqda çox qısa izahat verim. Riyaziyyatda bir “Şrödingerin pişiyi” nəzəriyyəsi var. Qutuya bir zəhərli qazburaxan mexanizm qoyulur, bir də pişik. Qutu bağlanır. Fərz olunur ki, mexanizm işə düşsə, qutuya qaz dolacaq, nəticədə pişik öləcək, işə düşməsə - pişik sağ qalacaq. Deməli, qapalı qutudakı pişik superhal, superdurum vəziyyətindədi, yəni həm ölüdü, həm diri. Qutunu açanda isə, pişiyi ya ölü görəcəyik, ya diri. Hekayəni də o konsepsiya üstündə qurdum.
İnsan qapalı olan heç yerdə potensialını reallaşdıra bilmir, özü ölü, arzuları diri olur. Yaşamaq istəyən isə mütləq qutunun qapağını sındırıb açmalıdı. Qapağı sındıranda, bəxti gətirməyən adamın özü də sınır, bəxti gətirənlər isə xoşbəxt olur.