“Şeir yazan adamdan casus çıxmaz. Əgər onlar iki cavan şairi tutublarsa, deməli, hələ də 16-cı əsrdədirlər".
Bunu oxuzali.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Fikrət Qoca bildirib.
İranda həbs edilən şairlər Şəhriyar del Gerani və Fərid Hüseynin həbsi xəbərlərinə münasibət bildirən F.Qoca deyib ki, həbsin motivi bilinəndən sonra Yazıçılar Birliyi bu məsələ ilə bağlı İran tərəfinə müraciət etməyi planlaşdırır.
“Mən şəxsi əlaqələrim vasitəsilə müraciət etmək istəmirəm, qorxuram, o taydakı şairləri də həbsə atalar. Düzünü deyim ki, bu gənclərin yaradıcılığı ilə tanış deyiləm, amma hər halda şairdirlər, onlar mənim balalarımdırlar. İran səfərindən bəlkə xoş bir şeir yazacaqdılar, amma bundan sonra yəqin həbsxana divarlarından yazmalı olacaqlar”
AYB-nin digər katibi, yazıçı Çingiz Abdullayev isə bildirib ki, onda həbs haqda məlumat yoxdur.
“Bilmirəm bu şairlər kimdirlər, nəçidirlər. Xəbərim yoxdur. Mən P.E.N. Klubun prezidentiyəm və belə bir hadisə varsa, bunu pisləyirəm. Söz adamını həbs etmək olmaz”.
Yazıçı Seyran Səxavət hadisəni mətbuatdan izlədiyini bildirib:
“Bu cavanlarla şəxsi tanışlığım olmayıb. Ona görə proqnoz vermək çətindir. Həmişə söz adamının peşə fəaliyyəti ilə bağlı həbs olunmasına qarşı olmuşam. Əlbəttə, söhbət cinayət törətmiş, anasının əmcəyini kəsmiş adamdan getmir. Hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir, cavan şairlər vətənə qayıtmalıdırlar”
İranda həbs olunmuş gənc şairlər Şəhriyar del Gerani və Fərid Hüseyn haqda yeni rəsmi məlumat yoxdur.
Mayın 7-də hər iki şairin valideynləri Azadlıq Radiosuna bildirmişdilər ki, rəsmi qurumlar gün ərzində övladlarının taleyi haqda onlara məlumat verəcəklərini bildirsələr də, gözləntiləri fayda verməyib.
Şəhriyar del Geraninin atası Hacı Mail Hacıyev Azadlıq Radiosuna deyib ki, mayın 7-də Azərbaycanın İrandakı Konsulluğuna ərizə ilə müraciət edib, hələlik xəbər-ətər yoxdur.
“Konsulluğun məlumatına görə bu gün (mayın 8-də - red.) həbsin motivi haqda məlumat veriləcək.
Qeyd edək ki, gənc şairlərin həbsi haqqında Təbriz qəzetlərində də xəbər dərc olunub.
“Mənə Təbrizdən zəng vurdular ki, iki azərbaycanlı şair İranda həbs olunub. Dedim, biri mənim oğlumdu. Amma yazının təfərrüatını öyrənə bilmədim ki, başqa nə yazılıb.” - deyə Mail Hacızadə bildirib.