Mayın 13-də Moskvada «Nəzarət gəzintisi» adlı aksiya keçirilib. Aksiyada Rusiyanın tanınmış ədəbiyyatçıları iştirak edib.
Onlar hakimiyyətin icazəsi olmadan gəzməyə çıxmağın mümkün olub-olmadığını yoxlamaq istəyiblər.
Onlar hakimiyyətin icazəsi olmadan gəzməyə çıxmağın mümkün olub-olmadığını yoxlamaq istəyiblər.
Gəzintiyə çıxan yazıçılar arasında Boris Akunin, Eduard Uspenski, Dmitri Bıkov, Viktor Şenderoviç də olub. Onların yürüş etdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayanıb.
Polisin verdiyi məlumata görə, aksiyada 2 minə yaxın adam iştirak edib. Vətəndaş cəmiyyəti fəalları isə bu rəqəmin 10-15 min arasında olduğun bildirib.
Aksiyanın məqsədi diqqəti mayın 6-da keçirilmiş «Milyonların marşı» aksiyasından sonra baş vermiş kütləvi həbslərə çəkmək olub.