Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:33

Həbsdəki müxalifətçilər aclıq aksiyasına başlayıb


2 aprel aksiyası 2011
2 aprel aksiyası 2011
Həbsdə olan 10 müxalifət təmsilçisi mayın 15-də aclıq aksiyasına başlayıb.

Bu barədə AzadlıqRadiosuna İctimai Palatanın katibi Gülağa Aslanlı xəbər verib.
Onun sözlərinə görə, yerli və beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı və müxtəlif cəzaçəkmə müəssisələrində saxlanan 2 aprel məhbusu, o cümlədən deputatlığa keçmiş namizəd Vidadi İsgəndərli aclıq aksiyasına başlayıb. Yalnız Bəxtiyar Hacıyev bu aksiyaya qoşulmayıb. O, yoldaşları vasitəsilə bildirib ki, aksiyaya başlayanların qərarına hörmət edir, ancaq bu addımın Azərbaycanda effekt vermədiyini düşünür.

Aclıq aksiyasına başlayanların tələbi isə qeyd-şərtsiz azadlığa buraxılmaları, sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və siyasi islahatların keçirilməsidir.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, hazırda onda aclıq aksiyası ilə bağlı məlumat yoxdur:

«Amma əgər başlayıblarsa, bu, onların hüquqlarıdır. Cəzaçəkmə müəssisəsinin əməkdaşları onları təcrid edəcək, həkim nəzarəti təmin olunacaq».
XS
SM
MD
LG