İyunda Brüsseldə Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə danışıqların növbəti raundu keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia məlumat verib.
Onun sözlərinə görə, artıq tərəflər bu sazişin 28 bəndindən 15-i razılaşdırıblar: «Üç bənd isə razılaşdırılmağa çox yaxındır. Artıq təhsil, gənclər, nəqliyyat, turizm, dənizçilik və balıqçılıq, iqtisadi dialoq, vergitutmalar, ətraf mühitlə bağlı bəndlər razılaşdırılıb. Hazırda hüquqi məsələlər, səhiyyə, təbii ehtiyatların hasilatı bəndləri üzrə danışıqlar gedir».
Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə danışıqlar 2010-cu ildən aparılır. Mayın 15-də açıqlanmış Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində Azərbaycanla münasibətlərdə əldə olunan tərəqqiyə həsr olunmuş hesabatda qeyd olunur ki, Azərbaycanla danışıqlar digər ölkələrə nisbətən ləng gedir.