Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:16

«17 vicdan məhbusu dərhal azadlığa buraxılmalıdır»


Amnesty International
Amnesty International
«Azərbaycandakı 17 vicdan məhbusu dərhal azadlığa buraxılmalıdır». «Amnesty International»ın mayın 16-da yaydığı bəyanatda qeyd olunur ki, ötən il hökumətə qarşı keçirilən etiraz aksiyalarındakı roluna görə həbsə atılmış şəxslər aclıq aksiyasına başlayıb.

Məhbuslar aclığa mayın 15-dən başlayıb və söz veriblər ki, Bakıda keçiriləcək «Eurovision» Mahnı Yarışması başa çatana qədər aclığa davam edəcəklər.

«Amnesty International»ın Avropa və Mərkəzi Asiya Proqramları üzrə direktoru John Dalhuisen deyib:

«Bu ay «Eurovision» əhval-ruhiyyəsi ilə bütün dünyadan tamaşaçıların axın etdiyi bir zamanda Azərbaycanın özünü ən müasir, proqressiv ölkə kimi göstərməsi üçün ən yaxşı vasitə hakimiyyətin ifadə azadlığına təzyiqləri dayandırmasıdır».

Aclıq edən 11 nəfər ötən ilki nümayişlərdə həbs olunmuş Arif Hacılı, Şahin Həsənli, Sahib Kərimov, Məhəmməd Məcidli, Babək Həsənov, Tural Abbaslı, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Vidadi İsgəndərov, Zülfüqar Eyvazov və Əhəd Məmmədlidir.

Məhbusların bəzi qohumları da həmrəylik nümayiş etdirmək üçün aclığa başlayıb.

Mayın 14-də müxalif qüvvələrin Bakıda ifadə azadlığının təminatı və vicdan məhbuslarının azadlığa buraxılması tələbiylə keçirdiyi dinc aksiya polis tərəfindən zorakılıqla dağıdılıb, 18 nəfər saxlanılıb.

John Dalhuisen bununla bağlı əlavə edib ki, Bakı şəhər İcra Hakimiyyəti dinc aksiyaların qarşısını almaqdan çəkinməlidir və növbəti həftəyə planlaşdırılan nümayişə razılıq verməlidir.

Son aylarda «Amnesty İnternational» Azərbaycandakı vəziyyətlə bağlı ardıcıl oxşar bəyanatlar verib.
XS
SM
MD
LG