Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:39

«Eurovision 2012» mahnı müsabiqəsinin rəsmi açılışı olub [VİDEO]


Səfurə Əlizadənin Eurovision 2012 favoriti Türkiyədir
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Səfurə Əlizadənin Eurovision 2012 favoriti Türkiyədir

Mayın 19-da «EuroClub»da «Eurovision-2012» mahnı yarışmasının rəsmi açılışı olub.

Müsabiqə iştirakçıları qırmızı xalı üzərindən keçiblər. Onları «Eurovision 2011»-in qalibləri Eldar Qasımovla Nigar Camal, bu ilki şounun aparıcıları Leyla və Nərgiz qarşılayıb.

Gecədə «Eurovision-2011» müsabiqəsinin qalibləri Eldar və Nigar «Running scared» mahnısını oxuyublar. Bundan sonrasa 2009-cu ildə qalib olan Aleksandr Rıbak çıxış edib.

Daha sonra isə müsabiqənin builki iştirakçılarına növbə çatıb. Onlar yarışmaya gətirdikləri mahnılarını ifa ediblər.

Açılış mərasimi səhərə kimi diskoteka ilə davam edib.

Açılışla bağlı fasilələrlə atəşfəşanlıq da olub.

Eurovision 2012. Rəsmi açılış

Eurovision 2012. Rəsmi açılış

«Eurovision 2012» mahnı müsabiqəsi «Bakı Cristal Hall»da keçiriləcək.

Mayın 22-də keçiriləcək I yarımfinalda ölkələr bu ardıcıllıqla çıxış edəcək: Mantenqro , İslandiya , Yunanıstan , Latviya ,Albaniya , Rumıniya , İsveçrə , Belçika, Finlandiya , İsrail , San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiya.

Mayın 24-də keçiriləcək II yarımfinalda ardıcıllıq belədir: Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estiniya, Slovakiya, Norveç, Bosniya və Hersoqovina və Litva.

Mayın 26-da keçiriləcək final mərhələsində isə hələlik bəlli olan ardıcıllıq belədir:
1-ci Böyük Britaniya, 9-cu Fransa, 10-cu İtaliya, 13-cü Azərbaycan, 19-cu İspaniya, 20-ci Almaniya.

Finalda yarışacaq digər ölkələr isə yarımfinallarda səsvermə zamanı müəyyənləşəcək.

Final keçən ölkələrin çıxış nömrəsi yarımfinaldan sonra keçiriləcək püşkatmada məlum olacaq...
XS
SM
MD
LG