Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:38

İndex on Censorshipdən Əli Həsənova cavab


Daily Mail qəzetindən görüntü. 12 may 2012.
Daily Mail qəzetindən görüntü. 12 may 2012.
Index on Censorship təşkilatı Azərbaycanla bağlı yeni online müraciət hazırlayıb.

Müraciət prezident İlham Əliyevə ünvanlanır. Prezidentdən Azərbaycanda jurnalistlərə hücum edənlərin cəzasız qalması praktikasına son qoyması və Azərbaycan vətəndaşlarının söz azadlığı hüququnun qorunması istənilir.

Təşkilatın şöbə müdiri Mike Harris deyir ki, "Bizim məqsədimiz Eurovosion zamanı Azərbaycandakı vəziyyətə diqqət çəkməkdir. Çünki hökumət bu müsabiqədən özünü yaxşı tərəfdən göstərmək üçün istifadə etməyə çalışır. Biz istəyirik insanlar bilsin ki, Eurovosion zamanı da hələ də İdrak Abbasov kimi jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri hücuma məruz qalır".

Harris Azərbaycan Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənovun beynəlxalq hüquq müdafiə təşkilatlarına qarşı yönələn ittihamlarına da münasibət bildirib:

"Biz Həsənovla tənqidlərin vacibliyinə münasibətdə fərqli düşünürük. İndex on Sensorship, Article 19, Human Rigths Watch kimi təşkilatlar Britaniya, Fransa, ABŞ hökumətlərini də tənqid edirlər. Amma biz olnları tənqid edəndə tənqidlərimizə ciddi yanaşırlar.

Azərbaycanda isə tənqidləri susdurmağa çalışırlar. onlar iddia edirlər ki, guya biz hansısa propanqada ilə məşğuluq, ya da əsassız bəyanatlar veririk. Ancaq fakt ondan ibarətdir ki, Azərbaycana hələ də həbsxana olmaması gərəkən adamlar həbsdədirlər. Və hökumət bunu tənqid edənlərə hücum etməkdənsə, həbsdəkilərlə bağlı reallığı dəyişməlidir".

Prezidentin İcra Aparatında İctimai-siyasi şöbənin müdiri Əli Həsənov mayın 21-də keçirdiyi mətbuat konfransında deyib ki, beynəlxalq insan haqları təşkilatlarının Azərbaycanda insan haqları pozuntuları barədə tənqidlərini sifarişli çıxışlar adlandırıb. O, hesab edir ki, Azərbaycanı istəməyən beynəlxalq qüvvələr mərkəzləşmiş şəkildə hüquq-müdafiə təşkilatları vasitəsilə Bakıya qarşı təbliğat aparırlar.
XS
SM
MD
LG