Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:07

İctimai Palata İTV-nin qarşısında aksiya keçirib [Foto-Video]


İctimai Palata İTV qarşısında aksiya keçirdi
Gözlə

No media source currently available

0:00 0:05:17 0:00

İctimai Palata İTV qarşısında aksiya keçirdi

Mayın 24-də müxalifət üzvləri İcrimaiTV-nin birtıərəfli məzmununa etiraz etmək üçün teleşirkətin binası qarşısında piket keçirməyə cəhd göstərdilər. (Diqqət! Aksiyadan gedişi haqda məlumatlar daim yeniləndiyindən ən sonuncu durum yazının başnda, ilkin xəbərlər isə aşağıdadır)

SAXLANANLARIN HAMISI SƏRBƏST BURAXILIB

İctimai Palata (İP) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) binası qarşısında keçirdiyi razılaşdırılmamış etiraz aksiyasında polis tərəfindən saxlanılanlar sərbəst buraxılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, bu gün Bakıda icazəsiz aksiya keçirməyə cəhd edən bir qrup şəxs polis tərəfindən saxlanılıb. Onlardan 8 nəfəri İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq cərimələnib və sərbəst buraxılıb.

İP: YOLLAR BAĞLI OLDUĞUNDAN İŞTİRAKÇILARIN SAYI NİSBƏTƏN AZ OLUB

İP-nin mətbuat xidmətinin rəhbəri Leyla İlqar AzadlıqRadiosuna bildirib ki, İctimai Televiziyanın qarşısına gələn yollar polis tərəfindən bağlandığından aksiyada iştirak edənlərin sayı nisbətən az olub. Onun sözlərinə görə, təxmini 50 nəfərin iştirak etdiyi aksiyada saxlananların bir qismi polis bölməsinə, digər qismi isə naməlum istiqamətdə aparılıb.

Səhər saatlarında saxlanılan Tofiq Yaqublu və Gülağa Aslanlı barəsində isə İctimai Palatada heç bir xəbər yoxdur. Leyla İlqar deyir ki, vəkilləri onlarla əlaqə saxlaya bilmirlər.

İP 20-DƏN ÇOX ÜZVÜNÜN TUTULDUĞUNU DEYİR

İctimai Palata aksiya ilə əlaqədar 20-dən çox fəalının həbs olunduğunu bildirir.

Daxili İşlər nazirliyindən hələlik saxlananlarla bağlı məlumat almaq mümkün olmayıb.

İŞSİZLİKDƏN ŞİKAYƏT ETDİ SAXLANDI

İctimai Palatanın qarşısında aksiya iştirakçısı olmayan, amma işsizlikdən şikayət edən Bakı sakini Səlahəddin Əliyev də mülki geyimlilər tərəfindən polis maşınına mindirilərək aparılıb.

AKSİYA İŞTİRAKÇISINI ŞƏXSİ MAŞINDA APARIBLAR

Ərazidə polis maşını olmadığından mülki geyimlilər aksiya iştirakçılarından - Müsavatçı gənc fəal Azər Ağayevi şəxsi minik maşınlarında aparıblar. AzadlıqRadiosunun aksiyadakı əməkdaşının məlumatına görə, iştirakçıya həmin maşında fiziki təzyiq edilib.

AKSİYA İŞTİRAKÇILARI ƏRAZİDƏN UZAQLAŞDIRILIR

Polis aksiyaçıları ərazidən uzaqlaşdırmağa çalışır.

Aksiya iştirakçılarından Müsavat Partiyasının üzvləri Aydın Acalov və Hüseyn Məlikov, eləcə də Müsavat Gənclər Təşkilatından Nigar Yaqublu saxlanılaraq polis maşınına mindirilib.

Aksiyada partiyaların rayon şöbələrinin sədrləri də saxlanılaraq polis şöbəsinə aparılıb.

İCTİMAİ PALATANIN AKSİYASI BAŞLADI

Mayın 24-də İctimai Palatanın İctimai Televiziyanın qarşısında keçirmək istədiyi aksiyanı polis dağıdır. Aksiyaçılar «Azadlıq», «Demokratiya», «Diktaturaya yox» şüarlarını səsləndiriblər.

AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, polis televiziyanın qarşısına gedən yolu kəsdiyi üçün iştirakçılar aksiyanı binanın arxa girişində keçirmək istəyiblər. Bu zaman onlar mülki geyimli şəxslər tərəfindən saxlanılıblar, plakatları cırılıb. Özləri isə avtobuslara mindirilərək ərazidən uzaqlaşdırılıb.

Mülki geyimli şəxslər AzadlıqRadiosunun əməkdaşının fotoaparatını və telefonunu əlindən alaraq yerə çırpıb.


AXCP-DƏN DƏ SAXLANANLAR OLUB

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı, sədrin müşaviri Şakir Abbasov, partiyanın Suraxanı rayon şöbəsinin sədri Vaqif Xalıqov, Yasamal rayon şöbəsinin sədri Maarif Ağammədov da mayın 24-ü səhər evlərindən çıxandan sonra saxlanılaraq polis idarələrinə aparılıblar.

Partiyanın sədri müavini Gözəl Bayramlı Suraxanı polis idarəsinin 32-ci bölməsinə aparıldıqdan bir qədər sonra sərbəst buraxılıb.

Azadliq.info-ya açıqlamasında Gözəl Bayramlı deyib ki, onu evinin yaxınlığında avtobusa minərkən saxlayıblar:

«Mən kompüterimi təmirə aparmaq üçün evdən çıxmışdım. Avtobusa mindim, elə avtobusun qapısı ağzında bir nəfər qolumdan tutub yerə enməyimi istədi. O, avtobusu saxlatdırıb məni zorla endirdi və dayanacağa yaxın saxladıqları bir avtomobilə əyləşdirib, Suraxanı rayon 32-ci polis bölməsinə gətirdilər. Bölmədə baş verənlərə etirazımı bildirdim. Bir qədər mübahisə etdik. Sonra məni sərbəst buraxdılar»deyə sədr müavini bildirib.

MÜXALİFƏTÇİNİN EVİ POLİS VƏ MÜLKİ GEYİMLİLƏRİN NƏZARƏTİNDƏDİR

Polis və mülki geyimlilər Müsavat partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlının evini əhatəyə alıblar.

Bu barədə AzadlıqRadiosuna Səxavət Soltanlı məlumat verib.

«Mən indi evdə deyiləm, amma mənə ailəmizdən bildirdilər ki, səhər tezdən bizim Qobustandakı evimizi 20-dən çox polis və mülki geyimli əhatəyə alıb. Evimizə məlum Mülki geyimli şəxlər İctimaiTV qarşısında vətəndaşı həbs edir

Mülki geyimli şəxlər İctimaiTV qarşısında vətəndaşı həbs edir


Mülki geyimli şəxlər İctimaiTV qarşısında vətəndaşı həbs edir
olmayan nömrələrdən zənglər edilir, ailəmiz hədələnir. Digər yaxın qohumlarımızın da evlərinə nəzarət güclənib. Biz bu gün İctimai Televiziyanın qarşısında aksiya keçirməyi planlaşdırırıq. Mən bilmirəm aksiyaya qoşula biləcəm ya yox».

POLİS İSA QƏMBƏRİN İKİ MÜAVİNİNİ SAXLAYIB

Mayın 24-ü səhər saatlarında Müsavat başqanı İsa Qəmbərin müavinləri Tofiq Yaqublu ilə Gülağa Aslanlını polis saxlayıb. Bu barədə AzadlıqRadiosuna İctimai Palatanın mətbuat xidmətinin rəhbəri Leyla İlqar məlumat verib.

«Səhər polis Gülağa Aslanlını nəvəsini həkimə aparanda Nəsimidə, Tofiq Yaqublunu isə Müsavat qərargahına gələndə saxlayıb. İndi Gülağa Aslanlı Nəsimi, Tofiq Yaqublu Suraxanı polisinə aparılıb».

Hər iki şəxsin İctimai Palatanın mayın 24-ü İctimai Televiziyanın qarşısında keçirmək istədiyi aksiyaya görə saxlandığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna yaxın saatlarda məsələyə aydınlıq gətiriləcəyini deyiblər.

İctimai Palata bir müddət əvvəl aksiya ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Aksiyada televiziyanın fəaliyyəti ilə bağlı bir sıra tələblər səsləndirmək istəyirdi. İP hesab edir ki, İTV ictimaiyyətə deyil, hakimiyyətə xidmət edir.
Lakin BŞİH-dən müraciətə cavab olaraq bildiriblər ki, mayın 24-ü «Eurovision» mahnı müsabiqəsinin ikinci yarımfinalına təsadüf etdiyi üçün aksiya keçirmək məqsədəuyğun deyil.
XS
SM
MD
LG