«Süni şəkildə Azərbaycanda daxili siyasi həyat gərginləşdirilir».
Bunu AzadlıqRadiosunun «İşdən Sonra» proqramında iqtidaryönlü Ana Vətən Partiyasından deputat Zahid Oruc ABŞ Dövlət Departamentinin hesabatını və Avropa Parlamentinin qətnaməsini şərh edərkən bildirib.
Z.Oruc deyir ki, xarici hesabatlardakı operativlik həddindən artıq təəccüblüdür:
«Burda baş verən hadisələr 10 saniyə sonra paytaxtda əyləşmişlər kimi Avropa Parlamentinin və Departamentin mövqeyi olur. Başqa məsələlərdə isə Azərbaycan xəritə üzərində böyük ərazilərin böyük faciələrini anlatmalı olur. Demokratiya məsələsində həssaslıq Azərbaycan yeni qaz ehtiyatlarını kəşf edəndən sonra, «Nabucco» məsələsində lazım olanda, Azərbaycandan NATO məsələsində prinsipial mövqe istəniləndə, daha tez gündəmə gəlir».
Z.Oruc deyir ki, ayrı-ayrı faktları ümumiləşdirərək Azərbaycandakı hadisələrin siyasi mahiyyətini səhv təqdim etmək olmaz. Onun fikrincə, bu cür qurulmuş fəaliyyət müxalifəti, yaxud iqtidarı deyil, bütövlükdə Azərbaycanı təqdim edir.
MÜXALİFƏTİN AKSİYALAR KEÇİRMƏKDƏ MƏQSƏDİ...
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə deyir ki, bu cür vəziyyət gözlənilən idi, çünki müxalifətin etdiyi xahişlərin, danışıq təkliflərinin heç birinə məhəl qoyulmadı:
«Bunların əvəzində isə Azərbaycan müxalifətini aşağıladılar, təhqir etdilər. Demokratik, qeyri-korrupsioner, hüquqi olmayan, vətəndaş cəmiyyəti olmayan Azərbaycan - «Eurovision» işıqları nə qədər parlaq olur olsun, bütün bunlar onu qaranlıq göstərəcək».
P.Hüseyn deyir ki, müxalifətin aksiyaları keçirməkdə məqsədi xarici jurnalistlərin burda olmasından istifadə edib Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq deyildi:
«Bu həqiqətlər neçə illərdir hamıya aydındır. Bütün bunlar onun üçün idi ki, dünya bilsin ki, Azərbaycanda demokratik potensial var, demokratiya istəyən güclü gənclik var. Azərbaycan vətəndaşı, iqtidarın təqdim etdiyi kimi, demokratiyaya hazır olmayan yox, çoxdan hazır olan bir xalqdır».
P.Hüseyn deyir ki, bu aksiyaların nəticəsində nəinki Azərbaycanın nüfuzu aşağı düşdü, əksinə, Azərbaycan xalqının həqiqi siması üzə çıxdı.
HAKİMİYYƏTDƏ ƏSƏBİLİK VAR...
«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev deyir ki, «Eurovision» mahnı müsabiqəsi çox şeyi dəyişdi:
««Eurovision» ərəfəsində gedən proseslər onu göstərir ki, Qərbdə Azərbaycanla bağlı yanaşma ciddiləşib, maraq artıb, mövqelər daha aydın görünür. Cəmiyyətin özündə də bu proseslər izlənilir. Hakimiyyətdə əsəbilik var və çıxış yollarının axtarılması prosesi gedir».
M.Əliyev iqtidarla müxalifətin dialoqunun başlanacağına inandığını deyir və bildirir ki, bu, həm hər iki tərəf, həm də müstəqil insanlar üçün vacibdir.