İyunun 13-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Richard L. Morningstar-ın Azərbaycana səfir postuna namizədliyi müzakirə ediləcək. Bu barədə ABŞ Senatının rəsmi internet saytı məlumat yayıb.
Morningstarla yanaşı həmin gün ABŞ-ın Niderland, Surinam Respublikasına səfir postuna namizədlərinin də təyinatı müzakirə olunacaq.
ABŞ prezidenti Barack Obama Richard Morningstarın Azərbaycana səfir vəzifəsinə namizədlİyini irəli sürüb.
R. Morningstar dövlət katibinin Avrasiya Enerji məsələləri üzrə xüsusisi nümayəndəsidir. O, 1999-cu ildən 2001-ci ilə qədər ABŞ-ın Avropa Birliyindəki səfiri olub.
Richard Morningstar təyin olunsa, Mathew Bryzanı əvəz edəcək. Bryza yanvardan bu vəzifəni tərk edib.
Mathew Bryzanı da Barack Obama təyin etmişdi. O, bir il səfir vəzifəsini icra etmişdi. Ancaq ABŞ-dakı erməni diaspora qruplarının və bir neçə senatorun etirazından sonra Senatda təyinatı təsdiq olunmadı. Bryzanın təyinatına qarşı çıxanlar onu Azərbaycan hakimiyyətin ilə müəmmalı əlaqədə ittiham edirdilər.