Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının günləri yenidən müəyyənləşib.
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 6-da keçirdiyi mətbuat konfransında bildirib ki, qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 20-də, IV ixtisas qrupu üzrə iyulun 27-də, II ixtisas qrupu üzrə isə avqustun 3-də keçiriləcək.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları III ixtisas qrupu üzrə iyulun 18-24-də, I ixtisas qrupu üzrə iyulun 24-30-da, IV ixtisas qrupu üzrə isə iyulun 31-dən avqustun 8-dək olacaq.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 24-də, rus bölməsi abituriyentlərinin Azərbaycan dilindən ikinci imtahanı isə iyulun 7-də keçiriləcək.