Futbol üzrə Avropa birinciliyinin başlanması ərəfəsində Ukrayna prezidenti V.Yanukovich bütün ukraynalılara müraciət edib:
“Bu günlərdə dünyanın diqqəti bizim ölkədə olacaq. Mən sizi ukraynalıların qonaqpərvərliyini, ürəyiaçıqlığını və dostluğunu tam şəkildə göstərməyə çağırıram”.
Yanukovich bunun sırf praktik səbəbini də izah edib:
“bizim ölkənin turizm gələcəyi bu gün onların Ukraynanı və ukraynalıları necə xatırlayacağından asılıdır”.
Ancaq Britaniyanın Financial Times qəzeti yazır ki, Almaniya yığmasının kapitanı P. Lahm deyib ki, o, Yanukovichə əl verməyəcək: “Əgər Almaniya Kiyevdə oynanılacaq finala çıxsa və oyundan sonra prezident Yanukovich qarşımda dursa, mənim ona əl verəcəyimə çox ciddi şübhəm var. Ukraynadakını mən demokratiya və ifadə azadlığı
adlandıra bilmirəm”.
XARKOVDA BİLETİN QİYMƏTİ 19 AVROYA DÜŞÜB
Reuters yazır ki, Polşada oyunlara bilet tapılmadığı halda Ukraynadakı oyunlara biletlərin qiymətləri düşür. İlk dəfə olaraq bu birincilikidə İngiltərə yığmasının oyunlarına biletlərin qiyməti 40 avrodan aşağı düşüb.
Agentlik yazır ki, bütün çempionatlarda İngiltərənin oynadığı oyunlara biletlər baha olur, çünki azarkeş çox gəlir, bu dəfə deyəsən, bir çoxları İngiltərədə qalıb.
Agentlik bildirir ki, Almaniya, Hollandiya, Portuqaliya daxil olan “ölüm” qrupunun Ukraynanın Xarkov şəhərindəki oyunlarına biletlər isə hətta 19 avrodur. Halbuki ilkin qiymət 30 avro idi.
Financial Times futbol çempionatı ilə bağlı onu da yazır ki, Avropa siyasətçiləri Avropa futbolundan öyrənə bilərdilər.
Bu işə başçılığı isə Avropa Birliyinin İqtisadiyyat Komissarı Olli Rehn edə bilərdi. Rehn vaxtilə Finlyandiya futbol liqasına sədrlik edib.
“EKSTRASENS”LƏRİN YARIŞI
Futbol birinciliyində təkcə futbolçular yarışmayacaq.
Keçən dünya birinciliyində məşhur osminoq Paul bütün oyunların qalibini tapandan və çempionatdan sonra öləndən sonra onun yerini tutmağa əsil yarış gedir.
Xarkovda Fred adlı safsar (xoryok) şəhərin Azadlıq meydanına limuzində gətirilib və rəsmən təqdim olunub.
Onun rəqibləri Kiyevdə Xryak adlı donuz, Polşada Citta adlı fil, Almaniyada Sissi adlı it, İngiltərədə Nikolas adlı lamadır.
Üsul isə osminoq Paulla tətbiq olunan üsuldur. Hər oyundan qabaq iki masanın üstə eyni yeməklər qoyulacaq. Hər masaya isə oyun iştirakçısı olan komandaların bayraqları sancılacaq.
“Ekstrasens” heyvan hansından yeməyə başlsa deməli, o yığma udacaq.
MARADONANIN PROQNOZU
Yəqin ki, futbol ulduzlarının proqnozları da maraqlıdır.
Diego Maradona qələbəni Almaniyaya verir.
O, İndia Times qəzetinə deyib ki, İspaniyada Villanın və Puyolun olmaması ispanların qələbəyə şansını azaltdı.
Maradona İspaniya haqda yalnız ona əmindir ki,
“İspaniya birinci 8-liyə gedib çıxa biləcək.”
Maradonanın fikrincə, İtaliya isə bütün qalmaqallara baxmayaraq ən azı birinci 8-liyə düşəcək.