Dünyaca məşhur italyan yazıçısı Umberto Eco-nun 2008-ci ildə "Paris review" jurnalına verdiyi müsahibədən.
O hesab edir ki, romanın ölməkdə olduğunu, kitabların, mütaliənin dövranının bitdiyini düşünənlər yanılırlar.
- Nəyinsə sonunun çatdığına inanmaq mədəniyyət tarixində tipik bir haldır. Ta yunanlardan və latınlardan tutmuş indiyədək biz həmişə inadla inanmışıq ki, əcdadlarımız bizdən daha yaxşı olublar. Kütləvi informasiya vasitələrinin getdikcə daha çox qızışdırdığı bu oyun məni daim həm maraqlandırıb, həm də əyləndirib. Hər mövsüm romanın ölməsi, ədəbiyyatın sonunun çatması, Amerikada savadın bitib-tükənməsi ilə bağlı bir məqalə dərc olunur. İnsanlar heç nə oxumur! Yeniyetmələr yalnız video oyunları oynayır! Halbuki dünyanın hər yerində minlərlə kitab dükanı var və bu dükanlar da daim gənclərlə dolu olur. Bəşəriyyət tarixində hələ bu qədər kitab, bu qədər kitab satılan yer və həmin yerlərə gedib kitab alan bu qədər gənc görülməyib...
Mədəniyyət daim yeni şəraitə uyğunlaşır. Ola bilsin ki, ortaya fərqli bir mədəniyyət çıxacaq, amma bu da bir mədəniyyət olacaq. Roma İmperiyasının süqutundan sonra köklü dəyişmə əsrləri gəldi – dil, siyasət, din və mədəniyyət sahələrində. Indiki zamanda bu növ dəyişikliklər on dəfə sürətlə baş verir. Lakin yeni formaların yaranması davam edəcək və ədəbiyyat hər zaman yaşayacaq...
- Əsərlərinizin yaşaması anlayışı sizin üçün nə dərəcədə əhəmiyyətlidir? Mirasınız haqqında tez-tezmi düşünürsünüz?
- Güman etmirəm ki, kimsə özü üçün yazır. Məncə, yazı sevgi aktıdır – sən kiməsə nəsə vermək üçün yazırsan. Nəyisə başqalarına çatdırmaq, öz hisslərini başqaları ilə bölüşmək üçün yazırsan. Əsərlərin uzunömürlülüyü məsələsi yalnız romançılar və ya şairlər üçün deyil, ümumiyyətlə, hər bir yazar üçün fundamental problemdir. Bu bir həqiqətdir ki, filosof xalqı öz nəzəriyyələrinə inandırmaq üçün kitab yazır və o, ümid edir ki, üç min il sonra da insanlar onun kitabını oxumaqda davam edəcək. Bu ona bənzəyir ki, övladların səni yaşadır, nəvələrin də sənin övladlarını. Hər kəs bu davamçılıq hissinə ümid bəsləyir. Hansısa yazıçı desə ki, kitabının taleyi onu maraqlandırmır, inanmayın, yalandır, o, jurnalistə xoş gəlməkdən ötrü belə deyir.
İngiliscədən çevirdi: Sayalı A.