Rusiyada Putinə qarşı planlaşdırılan etiraz aksiyası öncəsi müxalifət liderlərinin evlərində axtarış aparılıb, özləri isə polisə çağırılıb.
Moskvada polis Boris Nemtsov, Ilya Yashin, Ksenia Sobchak, Sergei Udalstov, Aleksandr Navalny və başqa 5 nəfərin evində axtarış aparıb. Bir sıra müxalifət liderləri iyunun 12-də polisə çağrılıblar.
Hüquq-müdafiəçisi Lev Ponomarev bildirib ki, bu redylılərin müxalifətin iyunun 12-nə planlaşdırılan etiraz mitinqini pozmaq üçün təşkil olunduğuna şübhə etmirlər.
Federal İstintaq Komitəsi isə bəyan edib ki, axtarışlar mayın 6-da keçirilən və polislə toqquşmalara səbəb olan mitinqin istintaqı ilə bağlıdır.
Rusiya müxalifəti iyunun 12-də Vladimir Putinin 3-cü prezidentliyinə qarşı etiraz mitinqi keçirməyə hazırlaşır.